SON XƏBƏRLƏR

İranda daha 4 nəfər dara çəkilib, asılanlardan biri qadındır

2021.10.20, 07:36
İranda daha 4 nəfər dara çəkilib, asılanlardan biri qadındır

Gunaz.tv

GünAzTV: İranda qətldə və qəsdən adamöldürmədə günahlandırılan daha 4 nəfər dara çəkilib. Edam edilənlərdən biri qadındır.

 

İrandakı hüquq-müdafiəçilərinin yaydığı xəbərə əsasən, dörd il əvvəl narkoman ərinin əziyyətlərindən cana gəlib onu zəhərlədikdən sonra başını kəsən bir qadın, yanvarın 30-u sübh saatlarında İranın Noşəhr şəhərinin həbsxanasında edam edilib. Adı mediaya açıqlanmayan, ruhi xəstə olduğu bildirilən bu qadın, ərinin valideynləri onu bağışlamaqdam imtina etdikdən sonra dara çəkilib.

 

Həmin gün, 22 yaşlı daha bir gənc müttəhim (Əli Kazimi) Buşehr şəhərinin mərkəzi həbsxanasında dar ağacından asılıb. Bildirilir ki, yeddi il əvvəl, məişət zəminində baş verən ixtilafa görə qətl törədərkən, müttəhimin cəmi 15 yaşı olub. O, 7 il həbsdə saxlandıqdan sonra edam edilib.

 

15 yaşında ikən qətl törədən və 22 yaşında edam edilən Əli Kazimi

 

Qəsdən adamöldürmədə günahlandırılan daha 2 nəfər isə Urmiya şəhərində edam edilib. Müttəhimlər (Mehran Behşad və Fərhad Alba), yanvarın 28-i sübh saatlarında Urmiyanın mərkəzi zindanında dara çəkilib.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına görə ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar