İranda son 24 saat ərzində daha 482 nəfər koronavirusdan dünyasını dəyişib, 13 961 yeni növ “Covid-19”a yoluxma halı aşkarlanıb.
Gunaz.tv
Bu barədə noyabrın 26-da məlumat yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Larinin dediyinə görə, bununla da İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 46 689 nəfərə, xəstəliyə yoluxanların sayı isə 908 346 nəfərə yüksəlib.
Xanım Larinin sözlərinə görə, İranda bu günə qədər 633 275 nəfər xəstəlikdən tam sağalaraq evə buraxılıb.
Sözçü deyib ki, xəstəliyə yoluxan və hazırda vəziyyəti ağır olan 5849 nəfər xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində saxlanılır.
Sima Sadat Lari sonda qeyd edib ki, İranda bu günə qədər koronavirusla bağlı 5 milyon 955 min 724 test aparılıb.
Qeyd edək ki, İran Səhiyyə Nazirliyi ölkədə bu günə qədər koronavirusdan ölənlərin ümumi sayının 46 689 nəfərə, yoluxanların sayının isə 908 346 nəfərə çatdığını iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə bu günə qədər “Covid-19”dan ölənlərin ümumi sayının 163 700 nəfəri keçdiyini, 20 milyon 700 min nəfərdən çox insanın isə xəstəliyə yoluxduğunu bildirirlər.
A.M