İranda daha 5 sünni məzhəbli siyasi məhkum edam edilib

2021-01-03 16:26

İranda sünnü məzhəbindən olan daha 5 siyasi məhkum edam edilib. Məhkumlardan 3-ü Məşhəd zindanında, 2-si isə Zahidan həbsxanasında dara çəkilib.

Gunaz.tv Quote | Gunaz article

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, inqilab məhkəməsi tərəfindən sələfi “Əl-Furqan Partiyasına üzvlükdə” və “İran Sünnilərinin Milli Həmrəylik Cəbhəsi” ilə əməkdaşlıqda günahlandırılaraq ölümə məhkum edilmiş məhkumlar Həmid Rastbala, Kəbir Səadət Cahani və Məhəmmədəli Arayiş, 2020-ci il, dekabrın 31-i səhər saatlarında Məşhədin Vəkilabad zindanında dara çəkiliblər.


Yayılan məlumata əsasən milliyyətcə İranın sünni məzhəbli bəluclarından olan 2 siyasi məhbus isə yanvarın 3-də Sistan-Bəlucistan əyalətinin Zahidan şəhərinin həbsxanasında dara çəkilib. 2014-cü ildə həbs edilən bəluc məhkumlar Həsən Dehvari və İlyas Qələndərzehi “rejimə qarşı silahlı mübarizə aparmaqda”, “silah və partlayıcı maddələr daşımaqda”, “bir neçə polis və təhlükəsizlik əməkdaşını qətlə yetirməkdə” və “müxalif bəluc təşkilatları ilə əməkdaşlıq etməkdə” günahlandırılıblar.


Hər 5 siyasi məhkum, barələrində çıxarılmış ölüm hökmünün icrasından əvvəl onlara qarşı irəli sürülmüş ittihamları əsassız adlandıraraq, həbsdə saxlandıqları müddətdə və istintaqda onlardan təzyiq altında yalançı etiraflar alındığını bildirmişdilər.

حسن دهواری، الیاس قلندرزهی و امید محمودزهی در زاهدان اعدام شدند | ایران  اینترنشنال 
Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Bolqarıstan parlamenti buraxıldı

2021-05-11

gun az article

Azərbaycanda COVİD-19 statistikası: Yoluxma sayı azaldı

2021-05-11

gun az article

İranşəhrdə 5 yaşlı uşaq polis tərəfindən güllələndi–ETİRAZ

2021-05-11

gun az article

Jurnalistlər Qubadlıda DSX-nin hospitalı ilə tanış olublar - FOTOLAR

2021-05-11

gun az article

Türkiyə XİN Rusiyaya başsağlığı verdi

2021-05-11

gun az article

Kazanda məktəbə edilən hücum nəticəsində ölənlərin sayı dəqiqləşdi – Tatarıstanda matəm elan olundu

2021-05-11

gun az article

Ned Prays: “Amerikanın nüvə sazişinə qayıtması onun digər sahələrdə İrana qarşı sanksiyalar qoymasına mane olmayacaq”

2021-05-11

gun az article

Azərbaycanla Rusiya arasında yeni sənəd İMZALANDI

2021-05-11

gun az article

İranda koronavirusdan daha 307 nəfər ölüb, 18 133 nəfər xəstəliyə yoluxub – RƏSMİ STATİSTİKA

2021-05-11

gun az article

Azərbaycanlı rəssam Türkiyədə koronavirusdan vəfat edib

2021-05-11

gun az article

“Minalanmış ərazilərin xəritəsi məsələsi tezliklə həll olunacaq” - Lavrov

2021-05-11

gun az article

Şeyx: "Adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi tövsiyə olunur"

2021-05-11

gun az article

Azərbaycan XİN başçısı: "Ermənistan sülh prosesini pozur"

2021-05-11

gun az article

İranda prezidentliyə namizədlərin qeydiyyata alınmasına başlanılıb

2021-05-11

gun az article

Amerikada İran müzakirəsi: “Bu, İranın siyasi dairələrində ciddi narahatlıq doğurub”-Millət vəkili

2021-05-11

gun az article

İranda təlim təyyarəsi qəzaya uğrayıb: Pilot və köməkçisi həlak olub

2021-05-11

gun az article

İran hakimiyyətində qarşıdurma: Ruhani Nəzarət Şurasının qalmaqallı qərarını rədd etdi

2021-05-11

gun az article

Rusiyada naməlum şəxslər orta məktəbi atəşə tutdu -8 şagird həlak oldu

2021-05-11

gun az article

Lavrov Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO

2021-05-11

gun az article

BMT-nin Baş katibi peyvəndlərin milliləşdirilməsini böyük səhv adlandırıb

2021-05-11