SON XƏBƏRLƏR

İranda daha 7 nəfər edam edilib. Məşhəddə iki uşağı zorlayaraq qətlə yetirən 2 manyak ictimaiyyət qarşısında dara çəkilib - FOTOLAR

2021.10.20, 07:36
İranda daha 7 nəfər edam edilib. Məşhəddə iki uşağı zorlayaraq qətlə yetirən 2 manyak ictimaiyyət qarşısında dara çəkilib - FOTOLAR

Gunaz.tv

GünAzTV: İranda qətldə və cinsi təcavüzdə günahlandırılaraq ölümə məhkum edilmiş daha 7 nəfər edam edilib.

 

Qətldə günahlandırılaraq ölüm hökmü almış daha 5 nəfər iyulun 20-si sübh saatlarında İranın Kirmanşah şəhərinin Dizelabad zindanında dara çəkilib. Dar ağacından asılanlardan birinin adı, 57 yaşlı Əlirza Aşuridir. Dara çəkilən digər 4 müttəhimin adları mediaya açıqlanmayıb.

 

Həmçinin, iki uşağı zorlamaqda və qətlə yetirməkdə günahlandırılan 2 manyak iyulun 22-si sübh saatlarında Məşhəd şəhərində ictimaiyyət qarşısında dara çəkilib. Müttəhimlərdən biri, (41 yaşlı narkoman Əli Əsğər Əşrəfizadə), dörd ay əvvəl küçədə çörək almağa gedən 6 yaşlı Neda adlı bir əfqanlı qızı aldadıb evlərinə aparıb zorladıqdan sonra boğaraq qətlə yetirmmıkdə günahlandırılıb.

 

27 yaşlı digər müttəhim (Səccad Rəşidi), bir neçə ay əvvəl özünü taksi sürücüsü kimi təqdim edərək küçədə məktəbə getmək istəyən Məhəmmədhüseyn adlı 10 yaşlı bir uşağı avtomobilinə mindirdikdən sonra şəhərdən kənar xəlvət bir yerə aparmış, zorladıqdan sonra 21 bıçaq zərbəsi ilə qətlə yetirməkdə günahlandırılmışdı.

 

Bildirilir ki, qətlə yetirilən hər iki uşağın valideynləri edam mərasiminə qatılaraq, qatillərin dara çəkilməsi səhnəsinin yaxından şahidi olublar.

 

Qətlə yetirilən 6 yaşlı əfqan qızı Neda

 

 

21 bıçaq zərbəsi ilə qətlə yetirilən 10 yaşlı Məhəmmədhüseyn

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar