SON XƏBƏRLƏR

İranda daha 74 nəfər koronavirusdan ölüb. Xəstəlikdən ölənlərin sayı 6277 nəfərə yüksəlib”

2021.10.20, 07:36
İranda daha 74 nəfər koronavirusdan ölüb. Xəstəlikdən ölənlərin sayı 6277 nəfərə yüksəlib”

Gunaz.tv

GünazTV: İranda son bir gün ərzində daha 74 nəfər koronavirus infeksiyasından ölüb.

 

 İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bu gün mediaya açıqlamasında koronavirus qurbanlaının yeni statistikasnı yayaraq deyib ki, son bir sutka ərzində ölkdə 1223 yeni koronavirusa yoluxma halı aşkar edilib: “Dünəndün bu günə qədər daha 74 nəfərin xəstəlikdən ölməsi ilə İranda “Covid-19” infeksiyasından ölənlərin ümumi sayı 6277 nəfərə, yoluxanların ümumi sayı isə 98647 nəfərə yüksəlib.

 

 Xoşbəxtlikdən həmin müddət ərzində xəstəlikdən sağalıb evə buraxılanların sayı da artaraq, 79397 nəfərə çatıb. Təəssüflər olsun ki, hazırda koronavirusa yoluxanlardan 2676 nəfərinin durumu ağırdır” -deyə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur koronavirus pandemiyası qurbanlarının yeni statistikanı yayarkən  bildirib.

 

 

 Qeyd edək ki, Kiyanuş Cahanpur ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayının 6277 nəfərə, yoluxanların sayının isə 98647 nəfərə yüksəldiyini bildirsə də, İranın tibb mərkəzlərindəki müstəqil mənbələr, ölkədə indiyə qədər koronavirusdan ölənlərin sayının 38000-i keçdiyini, 1 milyona yaxın insanın isə xəstəliyə yoluxduğunu bildirirlər.

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar