SON XƏBƏRLƏR

İranda daha 80 nəfər koronavirusdan ölüb, 1073 yeni “Covid-19” infeksiyasına yoluxma faktı aşkar edilib

2021.10.20, 07:36
İranda daha 80 nəfər koronavirusdan ölüb, 1073  yeni “Covid-19” infeksiyasına yoluxma faktı aşkar edilib

Gunaz.tv

GünazTV: İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur aprelin 29-da mediaya açıqlamasında koronavirusdan ölənlərin yeni rəsmi statistikasını yayıb.

 

 Cahanpur deyib ki, son bir sutka ərzində İranda daha 80 nəfər koronavirusdan ölüb: “Həmçinin 1073 yeni “Covid-19” infeksiyasına yoluxma halı aşkar edilərək qeydə alınıb. Bununla da ölkdə bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 5957 nəfərə, infeksiyaya yoluxanların ümumi sayı isə 93657 nəfərə yüksəlib.

 

Xoşbəxtlikdən xəstəlikdən sağalıb evə buraxılanların sayı da artaraq, 73791 nəfərə çatıb. Təəssüflər olsun ki, hazırda koronavirus pandemiyasına yoluxanlardan 2965 nəfərinin durumu ağırdır” -deyə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur xəstəlik qurbanlarının sayı ilə bağlı gündəlik yeni statistikanı yayarkən  bəyan edib.

 

 

Qeyd edək ki, Kiyanuş Cahanpur ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayının 5957 nəfərə, yoluxanların sayının isə 93657 nəfərə çatdığını bildirsə də, İranın tibb mərkəzlərindəki müstəqil mənbələr, indiyə qədər koronavirusdan ölənlərin sayının 36 mini keçdiyini, yüzlərlə min insanın isə xəstəliyə yoluxduğunu bildirirlər

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar