SON XƏBƏRLƏR

İranda daha 85 nəfər koronavirusdan ölüb. Xəstəliyə yoluxanların sayı 11364 nəfərə yüksəlib – bu günün statistikası

2021.10.20, 07:36
 İranda daha 85 nəfər koronavirusdan ölüb. Xəstəliyə yoluxanların sayı 11364 nəfərə yüksəlib – bu günün statistikası

Gunaz.tv

GünazTV:  İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur martın 13-də  mediaya açıqlamasında ölkədə koronavirus qurbanlarının bu günə olan son statistikasını yayıb.

 

Cahanpur ki, ötən bir sutkada İranda daha 1289 nəfərin koronavirusa yoluxduğu aşkar edilib: “Ötən gündən bu günə qədər ölkədə daha 85 nəfər koronavirusdan ölüb. Beləliklə də bu saata qədər ölkədə virusa yoluxanların sayı 11364 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 514 nəfərə yüksəlib.

 

Həmçinin ölkdə vurisa yoluxanlardan 3529 nəfəri bu günə qədər sağalaraq evlərinə buraxılıb” -deyə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur əlavə edib.

 

 Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin sözçüsü ölkədə koronavirusa yoluxanların sayının 11364 nəfərə, xəstəlikdən ölənlərin sayının isə 514 nəfərə yüksəldiyini bildirsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, virusa yoluxanların və ölənlərin sayının qat-qat çox olduğunu bildirirlər.

 

 

Həmin mənbələrin bildirdiyinə görə, İran rejimi ölənlərin sayını az göstərməklə, virusla mübarizədə öz səriştəsizliyini və ölkədə baş verən dəhşətli faciənin miqyasını xalqdan və cəmiyyətdən gizlətməyə çalışır.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar