SON XƏBƏRLƏR

İranda daha 89 nəfər koronavirusdan ölüb, 1499 yeni “Covid-19” infeksiyasına yoluxma faktı qeydə alınıb (Yenilənmiş statistika)

2021.10.20, 07:36
İranda daha 89 nəfər koronavirusdan ölüb, 1499 yeni “Covid-19” infeksiyasına yoluxma faktı qeydə alınıb (Yenilənmiş statistika)

Gunaz.tv

GünazTV: İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur aprelin 17-də media nümayəndələri ilə görüşdə ölkədə koronavirus qurbanlarının yeni statistikasını açıqlayıb.

 

O bildirib ki, son bir sutka ərzində İranda 1499 yeni “Covid-19” infeksiyasına yoluxma faktı aşkarlanaraq qeydə alınıb: “Dünən günorta saatlarından indiyə qədər ölkədə daha 89 nəfər koronavirusdan ölüb. Bununla da bu günə qədər “Covid-19” infeksiyasından ölənlərin ümumi sayı 4958 nəfərə, virusa yoluxanların sayı isə 79 min 494 nəfərə yüksəlib.

 

Xoşbəxtlikdən koronavirusdan sağalıb evə buraxılanların sayı da artaraq, 54064 nəfərə çatıb.

 

Təəssüflər olsun ki, hazırda xəstəliyə yoluxanlardan 3565 nəfərinin durumu ağırdır və həmin xəstələr reanimasiya şöbələrində həkimlərin ciddi nəzarəti altında saxlanılırlar; -deyə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur mediaya açıqlamasında bəyan edib.

 

 

Qeyd edək ki, Kiyanuş Cahanpur ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayının 4958 nəfərə, virusa yoluxanların sayının isə 79494  nəfərə çatdığını bildirsə də, İranın tibb mərkəzlərindəki mənbələr, “Covid-19” pandemiyasından ölənlərin və infeksiyaya yoluxanların sayının ən azı 5 dəfə çox olduğunu bildirirlər.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar