SON XƏBƏRLƏR

İranda daha 90 nəfər koronavirusdan ölüb, 1030 yeni “Covid-19” infeksiyasına yoluxma halı aşkarlanıb

2021.10.20, 07:36
İranda daha 90 nəfər koronavirusdan ölüb, 1030 yeni “Covid-19” infeksiyasına yoluxma halı aşkarlanıb

Gunaz.tv

GünazTV: İranın Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bu gün mediaya açıqlamasında ölkədə koronavirusla bağlı yeni statistikanı açıqlayıb.

 

Cahanpur deyib ki, son 24 saat ərzində daha 90 ölüm faktının qeydə alınması ilə İranda koronavirusdan ölənlərin ümumi sayı 5481 nəfərə yüksəlib: “Həmçinin daha 1030 nəfərdə yeni “Covid-19” infeksiyasının aşkar olunması ilə ölkədə koronavirus pandemiyasına yoluxanların ümumi sayı 87 min 26 nəfərə çatıb.

 

Bundan başqa, xoşbəxtlikdən xəstəlikdən sağalıb evə buraxılanların sayı da artaraq 64 min 843 nəfəri ötüb. Təəssüflər olsun ki, hazırda koronavirusa yoluxan və həkimlərin ciddi nəzarəti altında müalicə alan 3105 xəstənin durumu ağırdır” -deyə, Kiyanuş Cahanpur əlavə edib.

 

 

Qeyd edək ki, İran Səhiyyə Nazirliyi ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayının 5481 nəfərə, yoluxanların sayının isə 87026  nəfərə çatdığını bildirsə də, İranın tibb mərkəzlərindəki müstəqil mənbələr, “Covid-19” pandemiyasından ölənlərin və infeksiyaya yoluxanların sayının ən azı 5 dəfə çox olduğunu bildirirlər.

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar