SON XƏBƏRLƏR

İranda daha 91 nəfər koronavirusdan ölüb. Xəstəlikdən ölənlərin sayı 5209 nəfərə çatıb (Yeni statistika)

2021.10.20, 07:36
İranda daha 91 nəfər koronavirusdan ölüb. Xəstəlikdən ölənlərin sayı 5209 nəfərə çatıb (Yeni statistika)

Gunaz.tv

GünazTV: İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bu gün mediaya açıqlamasında ölkədə koronavirus qurbanlarının yeni statistikasını yayıb.

 

Cahanpur deyib ki, son bir sutka ərzində daha 91 nəfər koronavirusdan ölüb, 1294 yeni “Covid-19” infeksiyasına yoluxma faktı qeydə alınıb: “Bununla da bu günə qədər İranda koronavirusdan ölənlərin ümumi sayı 5209 nəfərə, xəstəliyə yoluxanların ümumi sayı isə 83 min 505 nəfərə yüksəlib.

 

Xoşbəxtlikdən “Covid-19” xəstəliyindən sağalıb evə buraxılanların sayı da artaraq 59 min 273 nəfərə çatıb.

 

Təəssüflər olsun ki, hazırda virusa yoluxanlardan 3389 nəfərinin sağlamlıq durumu ağır” -deyə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bəyan edib.

 

 

Qeyd edək ki, Kiyanuş Cahanpur ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayının 5209  nəfərə, virusa yoluxanların sayının isə  83505 nəfərə çatdığını bildirsə də, İranın tibb mərkəzlərindəki mənbələr, “Covid-19” pandemiyasından ölənlərin və infeksiyaya yoluxanların sayının ən azı 5 dəfə çox olduğunu bildirirlər.

 

 A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar