SON XƏBƏRLƏR

İranda daha 96 nəfər koronavirusdan ölüb, 991 yeni “Covid-19” virusuna yoluxma halı aşkarlanıb (Rəsmi statistika)

2021.10.20, 07:36
İranda daha 96 nəfər koronavirusdan ölüb, 991 yeni “Covid-19” virusuna yoluxma halı aşkarlanıb (Rəsmi statistika)

Gunaz.tv

GünazTV: İranda son 24 saat ərzində daha 96 nəfər koronavirusdan ölüb, 991 yeni “Covid-19” virusuna yoluxma halı aşkarlanıb.

 

Bu barədə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bu gün mediaya açıqlamasında pandemiya qurbanlarının rəsmi statistikasını açıqlayaraq məlumat yayıb.

 

 Cahanpur deyib ki, son bir sutka ərzində İranda daha 96 nəfər xəstəlikdən ölüb: “Bununla da ölkdə bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 5806 nəfərə, infeksiyaya yoluxanların ümumi sayı isə 91472 nəfərə çatıb.

 

Həmçinin xoşbəxtlikdən həmin müddət ərzində xəstəlikdən sağalıb evə buraxılanların sayı artaraq, 70933 nəfərə yüksəlib. Təəssüflər olsun ki, hazırda “Covid-19” xəstəliyinə yoluxanlardan 3011 nəfərinin durumu ağırdır” -deyə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur mediaya gündəlik açıqlamasında bəyan edib.

 

 

Qeyd edək ki, Kiyanuş Cahanpur ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayının 5806 nəfərə, yoluxanların sayının isə 91472 nəfərə çatdığını bildirsə də, İranın tibb mərkəzlərindəki müstəqil mənbələr, indiyə qədər koronavirusdan ölənlərin sayının 35 min 800 nəfəri ötdüyünü, 1 milyona yaxın insanın isə xəstəliyə yoluxduğunu bildirirlər.

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar