SON XƏBƏRLƏR

İranda daha bir “ayətullah” koronavirusdan ölüb

2021.10.20, 07:36
İranda daha bir “ayətullah” koronavirusdan ölüb

Gunaz.tv

GünazTV: “Qum Elmiyyə Hövzəsi”nin axundu, Üləma Məclisinin keçmiş üzvü və İranın “dini lider”i Əli Xamneyi beytinin rəsmilərindən olan “ayətullah” Seyid Cəfər Kərimi koronavirusdan ölüb.

 

Yayılan məlumata əsasən, “ayətullah” Cəfər Kərimi martın 28-də müalicə aıdığı xəstəxanalardan birində keçinib. Onun Qumda və ya Tehranda öldüyü açıqlanmayıb.

 

İranın hökumət saytları 90 yaşlı “ayətullah”ın ölümünün koronavirus xəstəliyi ilə hər hansı bir əlaqəsi olmadığını yazsalar da, İrandakı müstəqil mənbələr axundun “Covid-19” infeksiyasından öldüyünü bildirirlər.

 

Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur martın 29-da ölkədə  koronaviris qurbanlarının sayı ilə bağlı yeni statistikanı yayıb.

 

 

Cahanpur deyib ki, İranda bu günə qədər koronavirusa yoluxanların ümumi sayı 38309 nəfərə, epidemiyadan ölənlərin sayı isə artaraq, 2640 nəfərə çatıb.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar