SON XƏBƏRLƏR

İranda daha bir bəhayi 5 il həbsə məhkum edilib

2021.10.20, 07:36
İranda daha bir bəhayi 5 il həbsə məhkum edilib

Gunaz.tv

GünAz TV: İranda Səmin Maqsudi adlı bəhayi qadın Tehran əyalətinin 36 saylı apelyasiya məhkəməsinin təsdiqilə 5 il həbsə məhkum edilib.

 

Sosil şəbəkələrdə yayılan məlumatlara əsasən, bir müddət öncə Tehran sakini olan xanım Maqsudiyə qarşı şəhərin 28 saylı İnqilab Məhkəməsi tərəfindən 5 il həbs cəzası çıxarılıbmış. O, hökmdən apelyasiya şikayəti versə də, qərar dəyişdirilmədən qüvvədə saxlanılıb.

 

İnsan haqları fəalları bildirirlər ki, Səmin Maqsudiyə qarşı “bəhayi təşkilat idarə etmək” ittihamı irəli sürülüb. Əslində isə, o, sadəcə olaraq bu dinə məxsus mərasim keçirildiyinə görə saxlanılmışdı.

 

Xatırladaq ki, 2017-ci ilin sentyabr ayında həbs edilən xanım Maqsudi istintaq prosesi başa çatana qədər mülki vəsiqə qarşılığında zaminə buraxılmışdı.

 

Digər tərəfdən, bir neçə gün öncə bəhayi dininə etiqad edən Kiyana Rizvani və Kimiya Mustafavi adlı Kirman sakinləri şəhər məhkəməsi tərəfindən “bəhayi təşkilatında üzvlük” və “müxalif qrupların lehinə dövlət əleyhinə təbliğat” kimi ittihamlarla ümumilikdə 12 il həbsə məhkum ediliblər.

 

İran beynəlxalq hesabatlara əsasən, irqi və dini azlıqların ən çox repressiyaya məruz qalan ölkələr siyahısında başda gələn ölkələrdəndir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar