İranda daha bir gənc güləşçi edam edilib

2021-01-26 13:02

İranda həbsdə saxlanılan daha bir gənc güləşçi, Mehdi Əlihüseyni edam edilib.

Gunaz.tv Quote | Gunaz article

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, beş il əvvəl məişət zəminində baş verən bir davada istəmədən qətl törətdiyinə görə qisasa məhkum edilən və həmin vaxtdan həbsdə saxlanılan Ədimeşk şəhər sakini 30 yaşlı güləşçi Mehdi Əlihüseyni yanvarın 25-i səhər saatlarında İranın Düzful şəhərinin zindanında dara çəkilib.


Bildirilir ki, bir sıra beynəlxalq təşkilatları, həmçinin İranın bir sıra tanınmış güləşçiləri, o cümlədən də Həmid Suriyan həbsdə saxlanılan Mehdi Əlihüseyniyə qarşı çıxarılan ölüm hökmünün icrasının dayandırılmasını xahiş etsələr də, bununla bağlı İran rejiminə edilən bütün müraciətlər nəticəsiz qalıb və gənc güləşçi dünən səhər dar ağacından asılıb. 


Bu isə İranda son dörd ayda eyni ittihamla edam edilən ikinci güləşçidir.

واکنش‌ها به حکم یک کشتی‌گیر دیگر؛ مهدی علی‌حسینی در آستانه اعدام قرار دارد  | صدای آمریکا فارسی

Xatırladaq ki, bundan əvvəl İranda rejimə qarşı keçirilən etiraz aksiyasında iştirak etdiyi üçün tutulan tanınmış güləşçi Nəvid Əfkari 2020-ci il, sentyabrın 12-də edam edilib.


Nəvid Əfkari 2018-ci ildə İranın Şiraz şəhərində keçirilmiş etiraz aksiyalarında təhlükəsizlik orqanı əməkdaşını qətlə yetirməkdə ittiham edilərək, 2 dəfə edam, 6 il yarım həbs və 74 şallaq zərbəsi cəzası almışdı. O özü, eləcə də İran daxilində və xaricində fəaliyyət göstərən insan haqları fəalları ittihamları rədd edirdilər. Onlar bildirirlər ki, istintaq dövründə Nəvid Əfkari cinayəti boynuna almaq üçün ağır işgəncələrə məruz qaldığından, işə yenidən baxılmalıdır. 

 
İran məhkəməsi tərəfindən həmçinin Nəvid fkarinin qardaşlarından birinə 54, digərinə qarşı isə 27 il həbs və şallaq cəzaları hökmləri çıxarılıb. 

Iran executes wrestler Navid Afkari over alleged stabbing of guard: Reports  | Al Arabiya English Nəvid Əfkari

Nəvidin edam hökmünün ləğv edilməsi üçün Amerikanın keçmiş Prezidenti Donald Tramp başda olmaqla, bir çox dünya ölkələri liderləri, sosial şəbəkə istifadəçiləri və xarici ölkələrin idman cəmiyyətləri İran hökumətinə müraciət etsələr də, bu arədə göstərilən bütün təşəbbüslər nəticəsiz qalıb və güləşçiyə çıxarılan ölüm hökmü yerinə yetirilmişdi. 


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Koronavirusa yoluxma sayı yenə ARTDI

2021-03-05

gun az article

Ağdamın Tağıbəyli kəndi - VİDEO

2021-03-05

gun az article

İranın İsfahan əyalətində sərnişin avtobusu qəzaya uğrayıb. 2 nəfər ölüb, 20 nəfər xəsarət alıb

2021-03-05

gun az article

İranda koronavirusdan daha 81 vəfat edib, 8 367 nəfər xəstəliyə yoluxub (Rəsmi statistika)

2021-03-05

gun az article

Beni Qants: “İsrail ordusu İranın nüvə təsisatlarına qarşı hücum planlarını yeniləyir”

2021-03-05

gun az article

Zərif: “Nüvə sazişi yenidən müzakirə olunası deyil, vəssalam”

2021-03-05

gun az article

İsrail agentliyi: 27 il davam etmiş işğal dövründə faşist və vandal ermənilər Ağdamı vəhşicəsinə məhv ediblər

2021-03-05

gun az article

Azərbaycan neftinin qiyməti 68 dollara yaxınlaşır

2021-03-05

gun az article

Son sutkada yoluxanların sayı ilə bağlı açıqlama

2021-03-05

gun az article

Prezident İlham Əliyev helikopter qəzası ilə əlaqədar Türkiyə Prezidentinə başsağlığı verib

2021-03-05

gun az article

BMT-nin Nüvə Agentliyi Tehranda danışıqlar aparmaq barədə razılıq əldə edib

2021-03-05

gun az article

GünazTV March.04.2021 : “Çin 21-ci əsirin ən böyük geopolitik imtahanıdır. Açıqlama Amrika Birləşmiş Ştatlarının Dövlət Katibindəndir”

2021-03-04

gun az article

Azərbaycanla Türkiyə yenidən birgə hərbi təlimlər KEÇİRƏCƏK - FOTOLAR

2021-03-04

gun az article

Azərbaycan Ordusunda ciddi islahat aparılır - Türkiyə modeli əsas götürüldü

2021-03-04

gun az article

İranın Hormozqan əyalətində sərnişin avtobusu yük maşını ilə toqquşub. 6 nəfər ölüb, 31 nəfər xəsarət alıb

2021-03-04

gun az article

Səid Xətibzadə İranın nüvə sazişi əsasında üzərinə götürdüyü öhdəliklərin icrasına qayıtması üçün şərtini açıqlayıb

2021-03-04

gun az article

İranda koronavirusdan daha 78 nəfər ölüb, 8 404 yeni növ “Covid-19”a yoluxma halı aşkarlanıb (Rəsmi statistika)

2021-03-04

gun az article

Vandi Şerman: “Regionun geosiyasi durumu dəyişib. Amerika nüvə sazişindən daha möhkəm bir razılaşmanın tərəfdarıdır”

2021-03-04

gun az article

Ağ Evin sözçüsü: “Eynül-Əsəd hərbi bazasına edilən hücuma tələsik reaksiya verməyəcəyik”

2021-03-04

gun az article

İran hökuməti Bəluçistanda ən azı 23 nəfəri öldürüb

2021-03-04