SON XƏBƏRLƏR

İranda daha bir vəzifəli axund koronavirusdan ölüb

2021.10.20, 07:36
İranda daha bir vəzifəli axund koronavirusdan ölüb

Gunaz.tv

GünazTV: İranın Mazandaran, Şimali Xorasan və Gülüstan əyalətlərinin Vəqflər İdarəsinin keçmiş baş direktoru, Neka şəhərinin İslami Təbliğat İdarəsinin rəisi axund Seyfulla Söhrabi koronavirusdan ölüb.

 

Axund Söhrabi 9 gün əvvəl “Covid-19” pandemiyasından həyatını itirsə də, bu barədə xəbər yenicə yayılıb.

 

Yayılan məlumata əsasən, koronavirus infeksiyasına yoluxduğuna görə, həkimlərin nəzarəti altında saxlanılan axund Seyfulla Söhrabi martın 26-da müalicə aldığı xəstəxanada keçinib.

 

Axundun hansı şəhər xəstəxanasında ölməsi mediaya açıqlanmayıb.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar