İranda daş kömür mədənində baş verən partlayışda onlarla mədənçi itkin düşüb. Ölənlər və yaralananlar var

2017-05-03 16:42

GünAzTV: İranın Gülüstan əyalətinin Azadşəhr şəhərində daş kömür mədənində baş vermiş partlayışda ən azı 2 nəfər həlak olub, 15-i yaralanıb, 40-a yaxın mədənçi isə  itkin düşüb.

 

Hadisə, mayın 3-ü günorta saat 12 radələrində baş verib və partlayış zamanı ən azı 80 fəhlə mədəndə olub.  İranın Qızıl Aypara Cəmiyyətinin imdad və nicat əməliyyatları üzrə rəsmisi Şahin Fəthi, hadisədən az sonra jurnalistlərə açıqlamasında bildirib ki, partlayış zamanı 55 fəhlə mədən içində olub: “Onların 40-ı itkin düşüb və ya mədən içində ilişib qalıb”.

 

İran Dövlət Radio-Televiziyasının yaydığı məlumatda isə bildirilir ki, hadisə nəticəsində 18 mədənçi yaralanıb, 50-si isə mədən içində ilişib qalıb. Partlayışa konkret nəyin səbəb olduğu mediaya açıqlanmasa da, hadisə yerinə axtarış-xilasetmə qüvvələrinin cəlb edildiyi bildirilir.

 

Gülüstan Qızıl Aypara Cəmiyyəti tərəfindən isə partlayışda yaralanan mədənçilərdən 12-sinin adları mediaya açıqlanıb: Əli Gənci Vətən, Məhəmməd Mir Ərəb, Əzizulla Nekui, Tağı Tahirdust, Xadim Mirdar, Hüseyn Mahmudi, Mehdi Onəq, Hüseyn Mirdar Vətən, Həsən Əlixani, Məhəmməd Nüsrəti, Əli Məsudi və Cahangir Sarani.

A.M

 

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İranda azərbaycanlı namizəd prezident seçkisində iştirakdan imtina etdi

2021-06-16

gun az article

Jurnalistlər Füzuli rayonuna səfərə gedib

2021-06-16

gun az article

Bu gün terror-təxribat törədən erməni silahlı dəstəsinin 14 üzvünün məhkəməsi başlayır

2021-06-16

gun az article

İran həbsxanalarında qadınlara cinsi təcavüz hekayətləri

2021-06-16

gun az article

Kosmik Agentliyə sədr təyin edilib

2021-06-16

gun az article

Ərdoğan bu gün Milli Məclisdə çıxış edəcək

2021-06-16

gun az article

İstiqlalçı millət vəkili vəfat edib

2021-06-16

gun az article

Türkiyə Prezidenti Cıdır düzündən paylaşım edib

2021-06-15

gun az article

Azərbaycanla Türkiyə arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsi imzalandı

2021-06-15

gun az article

Prezident: "Türkiyə Şuşada konsulluq açacaq"

2021-06-15

gun az article

Şuşada İlham Əliyevlə Ərdoğanın təkbətək görüşü keçirilib - VİDEO

2021-06-15

gun az article

Azərbaycan koronavirus: Bu günə olan yoluxma sayı açıqlandı

2021-06-15

gun az article

Ter-Petrosyan: “Nə Koçaryan, nə də Paşinyanla koalisiya qurmayacam”

2021-06-15

gun az article

Beni Qants: “Amerika ilə birgə İranın nüvə silahına yiyələnməsinin qarşısını alacağıq”

2021-06-15

gun az article

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Şuşada qarşıladı

2021-06-15

gun az article

Putin miqrantların Rusiyada qalma müddətini uzadıb

2021-06-15

gun az article

İranın Şiraz şəhərində daha 1 bəhai həbs edilib

2021-06-15

gun az article

Prezident İlham Əliyev Ərdoğanı Füzulidə qarşıladı

2021-06-15

gun az article

Selçuk Bayraktar: "Türkiyə bizik, Anadolu bizik, Azərbaycan bizik"

2021-06-15

gun az article

"Qafqazın tarixi yenidən yazılır"-Prezidentin sözçüsü

2021-06-15