SON XƏBƏRLƏR

İranda dəhşətli statistika: Nikahların 1/3-dən çoxu boşanma ilə nəticələnir

2021.10.20, 07:36
İranda dəhşətli statistika: Nikahların 1/3-dən çoxu boşanma ilə nəticələnir

Gunaz.tv

GünAz TV: İran Milli Məclisinin deputatı Bəhmən Tahirxan ölkədə boşanmaların dəhşətli statistikasın açıqlayıb.

 

O, ölkə arasında qeydiyyata alınan nikahların 1/3-dən çoxunun boşanma ilə nəticələyəni, bunun qarşısının alınması üçün zəruri tədbirlərin görülməyəcəyi təqdirdə, cəmiyyətin böyük problemlərlə üz-üzə qalacağını deyib.

 

Deputat əlavə edib ki, bir çox hallarda ailələr cütlüklərin boşanmasına əngəl olur. Əgər bu baş verməsəydi, onda boşanma halları ilə bağlı statistikalar daha da yüksək olardı.

 

İran Səhiyyə Nazirliyinin əməkdaşı Həmid Bərəkati isə bildirib ki, boşanma ilə əlaqəli statistikalar hər il fərqli olur. Ümumilikdə isə İranda hər 3 evlilikdən 1-i, böyük şəhərlərdə isə 2-si boşanma ilə nəticələnir.

 

Mütəxəssislər kasıblıq, işsizlik və cütlüklərin bir-birini yaxşı tanımamasını boşanma hallarının bu qədər yüksək olmasının əsas səbəbi olduğunu deyirlər.

 

Ə.A

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar