Tehran əyalətinin Dəmavənd şəhərinin Ətraf Mühit İdarəsinin keçmiş rəisi Abbas Mirza Kərimi naməlum silahlı şəxslərin hücumuna məruz qalaraq qətlə yetirilib.
Gunaz.tv
Bu barədə, Dəmavən inqilab prokuroru Məhəmmədtağı Tağızadə bu gun mediaya açıqlamasında məlumat yayıb.
Bildirilir ki, Abbas Mirza Kərimi yanvarın 12-si axşam saat 21:00-da Gərmabsərd-Dəmavənd magistral yolunda şəxsi avtomobilində hərəkətdə olduğu zaman naməlum silahlı şəxslərin hücumuna məruz qalıb.
Naməlum şəxslər Dəmavənd Ətraf Mühit İdarəsinin keçmiş rəisinin avtomobilinə yaxınlaşaraq, yaxın məsafədən kalaşnikov avtomatından bir neçə dəfə atəş açıblar. Atəş nəticəsində ağır güllə yarası alan Abbas Mirza Kərimi xəstəxana yolunda keçinib.
Kimliyi bəlli olmayan hücumçular hadisə yerindən qaça biliblər. Hazırda terrorun səbəbi araşdırılır.
A.M