SON XƏBƏRLƏR

İranda din adamları arasında qütbləşmə iddiası

2021.10.20, 07:36
İranda din adamları arasında qütbləşmə iddiası

Gunaz.tv

GünAz TV: İranda yayımlanan Cümhur-i İslami baş redaktoru Məsih Mühaciri, Qum şəhərindəki din təhsili verilən mədrəsələrlə, məşhur din adamlarını "qütbləşmək" və "xalqdan uzaqlaşmaqda" tənqid edib.

 

Khabaronline xəbər saytına danışan Məsih Mühaciri deyib ki, "Din adamları arasında qütbləşmə var. Bu çox təhlükəlidir. Qum şəhəri və din adamları xalqın sığınacağı mərcə olmalıdır. Lakin bu an belə deyil". Kimsənin özünü İslamın mərkəzində görməməsi lazım olduğunu ifadə edən Mühaciri, "Bəziləri özlərini inqilab, din və haqqın mərkəzi olaraq görür. Yalnız onlar anlayır, digərləri anlamır. Bu kimi düşüncələr çox təhlükəlidir".

 

Ölkədə radikal fikirləriylə tanınan, mühafizəkar seqmentin qabaqda gələn din adamlarından axund Misbah Yezdinin Qum şəhərindəki təsirinə toxunan Mühaciri, buradakı radikal meylli din adamlarının bir qisiminin Yezdi tərəfdarı olduğunu ifadə edib. Mühaciri, son dövrdə İranda din adamları arasında yaşanan çəkişmələrin də cəmiyyətə mənfi əks olunduğunu dilə gətirib.

 

İranlı jurnalist, axund Sadiq Laricani ilə eyni şuranın üzvü axund Məhəmməd Yezdi arasındakı başda sui-istifadə iddialarıyla gündəmə gələn qarşılıqlı ittihamları buna nümunə olaraq göstərib.

 

Hawza Xəbər Agentliyinə görə, İranda dini elmlər mövzusunda ön plana çıxan və bu sahədə fəaliyyət göstərən kəslərin mərkəz şəhəri olaraq bilinən Qumda, 50 minin üzərində İranlı və təxminən 100 ölkədən 15 min ətrafında xarici tələbə təhsil alır.

 

R.X

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar