İranda dini etiqadla bağlı araşdırmanın nəticəsi: "Xalq dinsiz olub"

2020-09-12 14:47

"Conversation" internet nəşrinin yaydığı araşdırmada İranda insanların dini etiqadının kəskin şəkildə azaldığı müşahidə olunur.

Gunaz.tv Quote | Gunaz article

Nəşrin "İranda Təmayüllərin Təhlil və Araşdırılması Qrupu"nun apardığı həmin tədqiqatın nəticəsinə görə, bu ölkənin vətəndaşları daim öz görüşlərini ifadə etməyə görə hökumət tərəfindən cəzalandırılmaq qorxusu ilə yaşayırlar. 


Buna görə də qrup birbaşa olaraq İran vətəndaşları ilə siyasi və dini görüşləri ilə bağlı sorğu apara bilməyib, əvəzində onlarla sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq bu sorğunu hazırlayıb. 


Bildirilir ki, İran internet istifadəçisinin sayı xeyli yüksəkdir və əhalinin təxminən 70%-i azı 1 sosial şəbəkə platformasından istifadə edir. 


Araşdırmada qeyd edilir ki, İran əhalisinin yalnız 40%-i özünü inanclı müsəlman hesab edir. Halbuki İran hökuməti iddia edir ki, ölkə əhalisinin 99.5%-i müsəlmandır. 


İran cəmiyyətinin əksəriyyətinin şiələrdən ibarət olduğunu təbliğ edən hökumətin əksinə olaraq, araşdırmada bildirilir ki, təkcə 32% özünü şiə müsəlman hesab edir. Sorğudan iştirak edənlərdən 5%-i özünü sünni müsəlman, 3%-i sufi, 9 faizi dinsiz və 7 faizi yalnız mənəviyyat tərafdarı hesab edir. 


Dindarlar arasında 7 faizi zərdüştlüyə etiqad etdiyini deyib. Qrupun təhlilçilərinin sözlərinə görə, zərdüştlüyü qəbul edənlər bu dini daha çox İran millətçiliyi səbəbindən islama alternativ olaraq seçiblər, əslində isə din olaraq ona elə də inancları yoxdur. 


Sorğuda iştirak edənlərdən 1.5 faizi isə xristian olduğunu deyib. 


Tədqiqatda təqriban İran vətəndaşlarından 78%-nin müəyyən mənada yaradana inancı olduğu müşahidə edilir. Eləcə də, onlardan yalnız 37%-i axirət gününə və 30 faizi cənnət və cəhənnəmin olduğuna inanır. Cin və mələk kimi varlıqların mövcudluğuna isə sual ünvanlananlardan yalnız 1/4-i inandığını deyib. 


Sorğu iştirakçılarından 20 faizi isə nə Allaha, nə də heç bir dinə inanmadığı bəyan edib. Bu sorğunun nəticələri göstərir ki, inqilabın ilkin illəri ilə müqayisədə İran cəmiyyəti sürətli şəkildə dinsizləşmək və dini plüralizmə yönəlməkdədir. Sorğu iştirakçılarından əksəriyyəti, yəni təxminən 90 faizi ailələrinin öncələr dindar olduğunu deyiblər. 47%-in dediklərinə görə, əvvəllər ailələrinin ənənəvi olaraq etiqad etdiyi islam dininə inansalar da, sonradan inanclarını itiriblər. 6 faiz insan isə sonradan xristianlığı qəbul etdiyini bildirib. 


Cavanlar yaşlılardan daha çox ailələrinin etiqad etdiyi ənənəvi inanc formalarını tərk ediblər. Yeni din qəbul edənlər içərisində isə xristianlığa yönələnlər arasında cavanların sayı üstünlük təşkil edir.


Sorğunun nəticələri göstərir ki, İranda İslam Respublikasının qurulmasından sonra əhali arasında dinə inam kəskin dərəcədə aşağı enib. 


Ə.A


 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İranın nüvə proqramının “sirli adamı” öldürülüb

2020-11-27

gun az article

Peskovdan Paşinyanın Putinlə bağlı açıqlamasına - Reaksiya

2020-11-27

gun az article

İranın "diplomat-casusu" məhkəmədə iştirakdan imtina edib

2020-11-27

gun az article

Belçikada İranlı "diplomat" terror ittihamı ilə mühakimə olunacaq

2020-11-27

gun az article

Azərbaycanda son sutkada 3712 nəfər COVID-19-a yoluxub, 1359 nəfər sağalıb, 35 nəfər vəfat edib

2020-11-27

gun az article

DSX: İrandan Azərbaycana narkotik gətirənlər saxlanılıb

2020-11-27

gun az article

Əhmədinejad: “Hicab qanunu ölkə əhalisinin əksəriyyətinin istəyinə uyğun olmalıdır”

2020-11-27

gun az article

İranda daha 406 ölüm halı ilə koronavirusdan dünyasını dəyişənlərin sayı 47 000 nəfəri keçib (Rəsmi statistika)

2020-11-27

gun az article

İranda iş şəraitinə etiraz edən fəhləyə 74 şallaq zərbəsi vurulub

2020-11-27

gun az article

İsrail qırıcılarının Suriyada həyata keçirdiyi hava hücumunda “Sepah”ın 19 pakistanlı muzdlusu həlak olub

2020-11-27

gun az article

Azərbaycan-Ermənistan sərhədində demarkasiya işlərinə başlanıldı

2020-11-27

gun az article

Azərbaycan Fransaya nota verib, səfir XİN-ə çağırılıb

2020-11-27

gun az article

Paşinyan bir saatda iki dəfə Putinə zəng edərək onunla Qarabağı müzakirə edib

2020-11-27

gun az article

Fransa XİN Senatın qondarma "DQR"-lə bağlı qətnaməsini dəstəkləməyib

2020-11-27

gun az article

Türkiyənin müdafiə naziri Fransa Senatının Dağlıq Qarabağla bağlı qətnaməsini pisləyib

2020-11-26

gun az article

İranda daha 482 nəfər koronavirusdan ölüb, 13 961 nəfər xəstəliyə yoluxub (Rəsmi statistika)

2020-11-26

gun az article

İranda həbsdə olan Avstraliya-İngiltərə vətəndaşı 3 iranlı terroristlə dəyişdirilib

2020-11-26

gun az article

Ruhani: “Bir neçə həftədən sonra quldurlar tarixin zibilliyinə atılacaqlar”

2020-11-26

gun az article

Türkiyə XİN Fransa Senatının qəbul etdiyi qətnaməni pisləyən bəyanat yayıb

2020-11-26

gun az article

MM-də Fransa Senatının qəbul etdiyi qətnaməyə etiraz bəyanatının mətnini hazırlamaq üçün komissiya yaradılıb

2020-11-26