SON XƏBƏRLƏR

İranda divarlara “Xamneyiyə ölüm” şüarının yazılışı davam edir - FOTOLAR

2021.10.20, 07:36
İranda divarlara “Xamneyiyə ölüm” şüarının yazılışı davam edir - FOTOLAR

Gunaz.tv

GünAzTV: İranda ruhanilərin zalimanə (zülmkar) hakimiyyətindən cana gələn dinc etirazçıların divarlara “Xamneyiyə ölüm” şüarı yazması ilə bağlı apardığı kampaniyası gündən-günə genişlənir.

 

Yayılan məlumatlarda bildirilir ki, iki ay əvvəl ölkənin 100-dən çox şəhərində hakimiyyətə qarşı keçirilən dinc etirazların hökumət qüvvələri tərəfindən zorakılıqla yatırılmasından sonra, İranın müxtəlif şəhər və kəndlərinin divarlarına, dini lider axund Əli Xamneyiyə və rejimə qarşı yazılan şüarların sayı qat-qat artıb. Belə ki, son günlər, paytaxt Tehranda, eləcə də, Zəncan, Şahindej, Banə, Kərəc (Fərdis məntəqsi), Osləviyyə və digər şəhərlərdə divarlara yeni şüarlar yazılıb.

 

Qeyd olunur ki, dinc etirazçılar, həmin şəhərlərin divarlarına “Xamneyiyə ölüm”, “İslam Respublikasına ölüm”, “Diktatora ölüm”, “Biz, çörək, iş və azadlıqdan başqa nə istəyirik ki” və “Rejimi devirmək üçün, kütləvi üsyana doğru” şüarları yazaraq, molla rejiminin dinc müxaliflərə qarşı zorakılığına son qoyulmasını tələb ediblər. Yazılan şüarlara görə hər hansı bir etirazçının tutulub-tutulmaması haqda məlumat yayılmayıb.

 

Xatırladaq ki, iki ay əvvəl İranın 101 şəhərində hakimiyyətə və dini lideri, axund Əli Xamneyiyə qarşı kütləvi etirazlar keçirilib. Çökmüş və çürümüş hakim rejimin iflasa uğramış iqtisadi, daxili və xarici siyasətinə, yoxsulluğa və repressiyalara qarşı keçirilən etirazlarda, Xamneyiyə və prezident Həsən Ruhaniyə  “ölüm” şüarları səsləndirilib, onların hakimiyyətdən getməsi tələb olunub. Etirazlarda, ən azı 25 nəfər öldürülüb, onlarla aksiyaçı yaralanıb, 5000-ə yaxın insan həbs edilib. Tutulanlardan isə ən azı 13 nəfəri İranın müxtəlif zindanlarında dindirilərkən işgəncələr altında öldürülüb.

 

 

 

 

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar