SON XƏBƏRLƏR

İranda dolların məzənnəsi 14 min 480 tümənə yüksəlib

2021.10.20, 07:36
İranda dolların məzənnəsi 14 min 480 tümənə yüksəlib

Gunaz.tv

GünAz TV: İranda dolların məzənnəsi yenidən yüksəlməyə doğru gedir.

 

Bu gün valyuta dəyişmə məntəqələrində 1 dollar 14 min 480 tümən qarşılığında müamilə edilib. Bu isə ötən günə nisbətən 0.69% artım deməkdir.

 

Ötən günlər ərzində dolların məzənnəsi İranda Mərkəzi Bankın qırmızı xətt kimi təyin etdiyi 14 min tüməni keçib. 3 gün bundan öncədən 1 dollar Tehranın valyuta dəyişmə məntəqələrində 14 min 350 min tüməndən dəyişilməyə başlanmışdı.

 

Həmin gün hökumət qəzeti olan "İran" valyuta dəyişənlərə istinadən bunun səbəbini FATF-ın iclası ilə bağlamışdı.

 

Xatırladaq ki, FATF-ın Parisdə iclası fevralın 16-da öz işinə başlayıb və sabaha qədər davam edəcəyi gözlənilir. İclasdan öncə Maliyyə Qrupunun İran məsələsini də gündəmə gətirəcəyi deyilirdi. FATF-ın İrana çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə bağlı sonuncu dəfə verdiyi möhlət hüququ bu ay sona çatmışdı.

 

"İqtisadiyyat Dünyası" qəzetinin məlumatına görə, dolların məzənnəsinin artmasına rəğmən, bu gün avronun qiymətində cüzi ucuzlaşma olduğu nəzərə çarpır. Belə ki, hazırda İranda 1 avro 15 min 390 tümənə dəyişdirilir. Bu isə ötən günlə müqayisədə 0.05% ucuzlaşmadan xəbər verir.

 

Bu gün hər qızıl unsiyasının dəyərində də artım müşahidə olunub. Dünən 1.606 dollar dəyərində olan hər unsiya qızıl bu gün 0.07% bahalaşaraq, 1.607 dollar olub.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar