SON XƏBƏRLƏR

İranda dolların məzənnəsi yenidən artaraq 15 min 400 tümənə yüksəlib

2021.10.20, 07:36
İranda dolların məzənnəsi yenidən artaraq 15 min 400 tümənə yüksəlib

Gunaz.tv

GünazTV: İranda dolların məzənnəsi yenidən artaraq 15 min 400 tümənə yüksəlib.

 

Bu barədə, fevralın 22-də İranın bir neçə hökumət saytı məlumat yayıb.

 

Yayılan məlumatlara əsasən, bu gün İranın valyuta dəyişmə məntəqələrində 1 ABŞ dolları 15 min 100-dən 15 min 400 tümən qarşılığında müamilə edilib.

 

İqtisadi ekspertlər dolların məzənnəsinin yüksəldiyini İranın “FATF”in qara siyahısına salınması ilə əlaqələndirsələr də, İran Mərkəzi Bankının rəisi Əbdülnasir Hemməti fevralın 21-də jurnalistlərə açıqlamasında İranın “FATF”in qara siyahıya salınmasının valyuta bazarındakı qiymətlərə təsir göstərməyəcəyini bildirmişdi.

 

Xatırladaq ki, dünyada çirkli pulların yuyulmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə aparan Maliyyə Hesabatları Hazırlayan Xüsusi İşçi Qrupu (FATF) təşkilatının fevralın 16-dan 21-ə qədər Parisdə iclası keçirilib.

 

Bundan əvvəl, “FATF”ə və onun konvensiyalarına qoşulmaq üçün İrana bir neçə dəfə vaxt verən təşkilatın Tehrana verdiyi son möhlət fevralın 21-də başa çatsa da, İran rejimi müxtəlif bəhanələrlə quruma qoşulmaqdan boyun qaçırıb. Nəticədə, İran İslam Respublikası yenidən “FATF”in qara siyahısına salınıb.

 

 

Qeyd edək ki, İranda hökumət və bəzi millət vəkilləri “FATF” layihələrinə qoşulmağın tərəfdarı olsalar da, əksəriyyətini mühafizəkarlar təşkil edən Xamneyiyə yaxın cərəyanlar və şəxslər İranın bu təşkilata qoşulmasına qarşı çıxırlar. Onlar, hesab edirlər ki, İran rejiminin sözügedən layihələri qəbul edib onlara əməl etməsi, islam respublikasının regionda “Həmas”, “Hizbullah” və bu kimi digər terrorçu və təmsilçi qruplaşmalara yardımının və onun regionda apardığı qanunsuz fəaliyyətlərinin məhdudlaşdırılması ilə nəticələnə bilər.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar