GünazTV: İranda dolların məzənnəsi daha 850 tümən artaraq 15650 tümənə yüksəlib.
Bildirilir ki, martın 16-da İranın hökumət banklarında hər ABŞ dolları 15650 tümən qarşılığında müamilə edilsə də, azad valyuta bazarında 1 dollar 16000 tümən qarşılığında satılır.
İranda koronavirusun yayılması səbəbi ilə xarici səfərlərin məhdudlaşdırılmasına görə dollara tələbat qismən azalsa da, dolların məzənnəsinin birdən-birə qalxması, dünya bazarlarında neftin hər barelinin qiymətinin 30 dollara qədər düşməsi ilə əlaqələndirilir.
A.M