SON XƏBƏRLƏR

İranda "donuz qripi"nə 10 milyon nəfər tutula bilər - parlament üzvü

2021.10.20, 07:36
İranda "donuz qripi"nə 10 milyon nəfər tutula bilər - parlament üzvü

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin trendə istinadən yaydığı məlumata görə, İran parlamentinin üzvlərindən biri İranda "donuz qripi"nə yoluxanların sayının yaxın iki il ərzində 10 milyona çata biləcəyi barədə xəbərdarlıq edib. "Ən azı 200 aşkar edilməyən haldan bir nəfər öləcək", - deyə parlamentin səhiyyə komitəsi başçısının müavini, doktor Əli Şəhriyari bildirib. "Qripin ağır formasından əziyyət çəkən hər bir xəstənin müalicəsi azı 30 dollara başa gələcək. Bu o deməkdir ki, İran yaxın illər ərzində xəstəliyə nəzarətə onlarla milyon dollar sərf edəcək", - deyə Şəhriyari bildirib. İranda donuz qripinə yoluxanların təsdiqlənmiş sayı 61 nəfər təşkil edir, MEHR xəbər verib. Hazırda İranda ölüm ilə nəticələnən heç bir hal qeydə alınmayıb. İranın IRNA informasiya agentliyinin məlumatına əsasən, iyulun 14-də İranda A/H1N1 qripinə yoluxma üzrə bir hal təsdiq edilib, 200 nəfər isə virusa yoluxmada şübhəli bilinib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar