İranda edam edimiş siyasi məhbusların və dinc etirazlarda öldürülənlərin ailə üzvləri xalqa çağırış etdi

2021-05-22 11:34

İranda edam edimiş siyasi məhbusların və dinc etirazlarda öldürülən aksiyaçıların doğmaları vətəndaşları prezident seçkilərini boykot etməyə çağıran müraciət yayıb.

Gunaz.tv Quote | Gunaz article

Son 42 ildə İran İslam Respublikasının zindanlarında edam edilmiş siyasi məhbusların bir sıra ailələri və 2019-cu ilin noyabr ayında benzinin bahalaşmasına qarşı keçirilən kütləvi etirazlarda rejim qüvvələri tərəfindən qətlə yetirilən dinc aksiyaçıların ailə üzvləri ölkə vətəndaşlarını prezident seçkilərini boykot etməyə çağırıblar.

Yayılan məlumata əsasən, xaricdə fəaliyyət göstərən mədəni fəal, qadın hüquq müdafiəçisi Məsih Əinejadın və “prezident seçkilərində səsverməyə yox” kampaniyasının dəvəti və təşəbbüsü ilə mayın 20-da “Club House” sosial şəbəkəsində bir araya gələn repressiya qurbanlarının bir sıra üzvləri rejimin son 42 ildə xalqa qarşı törətdiyi cinayətlərindən danışaraq, ölkə vətəndaşlarını qarşıdan gələn prezident seçkilərini boykot etməyə, heç bir namizədə səs verməməyə çağırıblar. 


“Club House”da toplaşanlar İran İslam Respublikasının son 42 ildə, o cümlədən də 2019-cu ilin noyabr ayında xalqa qarşı törətdiyi qanlı repressiyalara toxunaraq, törədilmiş cinayətlərə görə bu günə qədər nəinki heç bir məmur və ya rəsmi şəxsin məsuliyyətə cəlb edilmədiyini, hətta repressiya və cinayət qurbanlarının ailələrinə hakimiyyət təzyiqinin getdikcə artdığını bildiriblər.


Prezident seçkilərinin boykot edilməsi kampaniyasına qoşulanlar arasında il yarım əvvəl Tehranın beynəlxalq hava limanı yaxınlığında “Sepah” terror təşkilatının iki raketi ilə vurulan Ukraynaya məxsus sərnişin təyyarəsinin qurbanlarının bəzi ailə üzvləri də olub. 


Bildirilib ki, sərnişin təyyarəsinin “Sepah” raketləri ilə vurulmasına göstəriş verənlərin kimliyi və 76-dan çox təyyarə sərnişinə qarşı qəsdən törədilən cinayətin mahiyyəti və onun bütün qaranlıq tərəfləri ifşa olunsa da, hadisə qurbanlarının ailə üzvlərinin həmin cinayətə qarşı etiraz hüquq da əllərindən alınıb.


“Club House”da keçirilən virtual toplantıda həmçinin ötən illər edam olunmuş bir neçə siyasi məhbus valideynləri və digər qanlı repressiya qurbanlarının bəzi yaxın adamları çıxış edərək, ölkə vətəndaşlarını bir daha rejimin oyununa girməməyə, bütün fiqurları və nəticəsi əvvəlcədən təyin edilmiş üzdəniraq prezident seçkilərinə iştirak etməməyə və heç bir namizədə səs verməməyə çağırıblar. 


Xatırladaq ki, 2019-cu il noyabrın 15-dən başlayaraq, İranda hökumətin benzinin qiymətini üç dəfə bahalaşdırmasına qarşı kütləvi etirazlar keçirilib və bir neçə həftə davam edib. 


Ölkənin 137 şəhərində keçirilən etirazlarda rejim qüvvələrinin dinc etirazçılara qarşı göstərdiyi misili görünməmiş qəddarlıq dünya ictimaiyyətini şoka salıb. Belə ki, “Sepah”, “Bəsic” və mülki geyimli təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı ağır odlu silahlardan atəş açması nəticəsində ən azı 1500 insan qətlə yetirilib, 3700 aksiyaçı güllə yarası alıb, Tehranda və digər şəhərlərdə 8 mindən çox etirazçı polis və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

رای بی رای - تحریم انتخابات

تصویری از اعتراضات مردمی ایران - آبان ۱۳۹۸

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Putin Təhlükəsizlik Şurasının iclasında MDB ölkələri ilə münasibətləri müzakirə edəcək

2021-07-23

gun az article

Fransa Milli Assambleyasının üzvləri Ağdama səfər edib

2021-07-23

gun az article

Rövşən Rzayev Cahit Bağcı ilə görüşdü

2021-07-23

gun az article

Füzulidə 4 hərbçinin qalıqları tapıldı

2021-07-23

gun az article

Ukraynalı millət vəkili: "Azərbaycan diasporu ölkənin ictimai-siyasi həyatında iştirak edə bilər"

2021-07-23

gun az article

Kərim Vəliyev müdafiə nazirinin birinci müavini - Baş Qərargah rəisi təyin edilib

2021-07-23

gun az article

İranda qatar relsdən çıxaraq aşıb

2021-07-23

gun az article

"Dinc aksiyaçılara qarşı həyata keçirilən repressiyalar dəhşətlidir"- “Amnesty İnternational” İranı ittiham etdi

2021-07-23

gun az article

Vilayət Quliyev səfir vəzifəsindən geri çağırıldı

2021-07-23

gun az article

Daşkəsəndə yeni məktəb tikiləcək

2021-07-23

gun az article

Ağdamın Göytəpə kəndi - VİDEO

2021-07-23

gun az article

Xamneyi: “Xuzistan əhalisi diqqətli olmalıdır ki, düşmənin əlinə bəhanə verilməsin”

2021-07-23

gun az article

Erməni silahlı birləşməsinin 13 üzvünə hökm oxundu – Məhkəmə başa çatdı

2021-07-23

gun az article

Şuşaya dəmir yolu çəkilir

2021-07-23

gun az article

Etirazlar İranın digər şəhərlərinə yayıldı: Əliqudərzdə “Xamneyiyə ölüm” şüarları səsləndi -VİDEO

2021-07-23

gun az article

Azad Ağdam yenidən qurulur-O yenə AĞ şəhər olacaq...

2021-07-23

gun az article

“Türkiyənin Avropa Birliyinə qoşulmasını gözləmirəm” – Almaniya kansleri Merkel

2021-07-23

gun az article

Bakıda daha 13 erməni terrorçunun məhkəməsi başlayıb

2021-07-23

gun az article

Prezident: "Ermənistanın siyasi gündəliyini biz formalaşdırırıq"

2021-07-22

gun az article

Əfqanıstanda qırğın: 100-dən çox dinc sakin öldürüldü

2021-07-23