SON XƏBƏRLƏR

İRANDA ƏHMƏDİNEJADIN TƏRƏFDARI HƏBS OLUNDU

2021.10.20, 07:36
İRANDA ƏHMƏDİNEJADIN TƏRƏFDARI HƏBS OLUNDU

Gunaz.tv
İRANDA ƏHMƏDİNEJADIN TƏRƏFDARI HƏBS OLUNDU Abbas Palizdar ruhaniləri tənqid etdikdən sonra saxlanılıb 16.jpg İranda prezident Mahmud Əhmədinejadın siyasi tərəfdarlarından biri həbs edilib. “The Washington Post” qəzetinin yazdığına görə, Abbas Palizdar iyunun 11-də tələbələr qarşısında çıxışı zamanı yüksək rütbəli din xadimlərini korrupsiyada ittiham edib. Palizdar çıxışından sonra xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. İran mətbuatı onun çıxışına yer vermir, lakin xaricdəki İran müxalifəti Palizdarın çıxışının videoyazısını internetdə yerləşdirib. Bildirilir ki, onun tənqid etdiyi ruhani liderlər prezident Əhmədinejadın siyasi düşmənləri sayılır. Xüsusi xidmət orqanları isə Palizdarı hökumətlə dini liderlər arasında düşmənçilik toxumları səpməkdə ittiham edib. Hələlik Əhmədinejadın yaxın çevrəsi Palizdarı müdafiə etmiş İran prezidentinin siyasi tərəfdarlarından biri Mehrad Bəzrbaş deyib ki, Palizdarın çıxışı hakimiyyət daxilində parçalanma yaratmağa yönəlmiş qəsdin bir hissəsidir. Digər məlumatlara görə, Palizdara qarşı 16 il əvvəl götürdüyü krediti qaytarmamaqla bağlı da ittiham irəli sürüləcək. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar