SON XƏBƏRLƏR

İranda əldəqayırma spirtli içki qurbanlarının sayı artır. Ölənlərin sayı 27-ə , zəhərlənənlərin isə sayı 275 nəfərə çatıb

2021.10.20, 07:36
İranda əldəqayırma spirtli içki qurbanlarının sayı artır. Ölənlərin sayı 27-ə , zəhərlənənlərin isə sayı 275 nəfərə çatıb

Gunaz.tv

GünAzTV: İranda əldəqayırma yolla (kustar yolla) hazırlanaraq satışa çıxarılmış spirtli içki qurbanlarının sayı 27 nəfərə çatıb. Bu barədə, İran Təcili Tibbi Yardım Təşkilatının sözçüsü Muctaba Xalidi sentyabrın 30-da jurnalistlərə açıqlama verib.

 

O bildirib ki, saxta alkoqollu içkilərdən zəhərlənənlərin sayı sürətlə artaraq 275 nəfərə çatıb: “Təəssüflər olsun ki, indiyə qədər metanol alkoqolundan ölən və ya zəhərlənənlərin sayı 302 nəfərə çatıb. Əldəqayırma içki içənlərdən 16-sı Hormozqan, 4-ü Şimali Xorasan, 4-ü Əlbürz, 3-ü isə Kohkiluye və Boyer Əhməd əyalətlərində həyatını itirib. Zəhərlənənlərdən isə 229-u hazırda xəstəxanalarda müalicə alır. Onlardan 15-inin səhhəti ağırdır”.

 

Xatırladaq ki, Hormozqan əyalətinin Bəndər Abbas şəhərinin polis rəisi sentyabrın 29-da  jurnalistlərə açıqlamasında baş vermiş olayla bağlı 3 nəfərin həbs edilməsindən danışmışdı: “Həbs edilənlərdən ikisi, öz evlərində alkoqullu içkilər hazırlayıb satışa çıxaran ər və arvaddır”.

 

 

Qeyd edək ki, İranda dini azlıqlardan, (xristianlar, yəhudilər və zərdüştilər) olmayan vətəndaşların alkoqollu içkiləri saxlaması və ya içməsi qadağandır. Məhz, həmin qadağa və məhdudiyyətlərə görə, ölkənin müsəlman əhalisi həyatlarını təhlükəyə ataraq, əldəqayırma yolla hazırlanmış qeyri-standard alkoqollu içkilərdən istifadə etmək məcburiyyətində qalırlar.  

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar