SON XƏBƏRLƏR

İranda etirazçılar İsfahan "elmi hövzəsi"ni yandırıblar: "Mədrəsələrin büdcəsini kəsin!"- VİDEO

2021.10.20, 07:36
İranda etirazçılar İsfahan "elmi hövzəsi"ni yandırıblar: "Mədrəsələrin büdcəsini kəsin!"- VİDEO

Gunaz.tv

GünAz TV: Benzinin bahalaşmasına görə İranda başlayan etiraz dalğası İsfahan şəhərini də bürüyüb.


Rejimin zülmünə etiraz edən isfahanlılar şəhərin dini mədrəsəsinə ("elmi hövzə"-red.) od vurub, ona ayrılan lüzumsuz maliyyə vəsaitinin dayandırılmasını tələb edblər.

 


Xatırladaq ki, cümə günü axşamdan benzinin bahalaşmasına qarşı başlamış aksiyalar qısa müddət ərzində İranın müxtəlif bölgələrinə yayılıb. Ağır iqtisadi vəziyyət, kasıblıq və işsizliklə üz-üzə qalan xalq hökumətin bu qərarı ləğv etməsini tələb edir.


İran rejimi isə ölkədə yaranan ağır vəziyyətdən çıxmaq üçün dini mədrəsələrə hər il ayırdığı milyardlarla tüməni kəsmək əvəzinə, benzini bahalaşdırmaqla, maliyyə vəsaitinə olan ehtiyacını xalqın cibi ilə təmin etməyə çalışır.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar