SON XƏBƏRLƏR

İranda etirazlar şiddətlənir: Xalq hərbi, dövlət və dini mərkəzləri yandırıb, inqilablar mərkəzi Təbriz ayaqda

2021.10.20, 07:36
İranda etirazlar şiddətlənir: Xalq hərbi, dövlət və dini mərkəzləri yandırıb, inqilablar mərkəzi Təbriz ayaqda

Gunaz.tv

GünAz TV: Güney Azərbaycan və İranın bir çox bölgələrində polis zorakılığına və zülmkar rejimə cavab olaraq hərbi, dövlət və dini mərkəzlərə hücum ediblər.

 

Bu ana qədər yayılan xəbərlərə əsasən, polisin etirazçılara açdığı atəş nəticəsində 9 nəfər həyatını itirib. Xalq buna cavab olaraq, hərbi, dövlət və dini mərkəzlərə, polis şöbələrinə, eləcə də dövlət banklarının şöbələrinə hücum edərək onlara od vurub.

 

Qəzəbli etirazçılar küçələrdə asılmış Xamneyinin və rejimin digər simalarının fotoları əks olunmuş plakatları yandırıblar.

 

Od vurulan obyektlər içərisində İran Milli Bankının Behbahan şəhərində yerləşən şöbəsi də var.

 

 

Aşağıdakı videolar bu gün keçirilən etirazlar zamanı çəkilib:

 

Təbriz: Xalq benzinin bahalaşmasına etiraz olaraq rejimin repressiv muzdurlarını küçələrə daşıyan avtobusu yandırıb.

 

 

Təbriz: Xalq etirazçıları repressiyaya uğratmaz üçün gələn İran polisinə məxsus yanacaq doldurma məntəqəsində mənzillənmiş avtomobillərə od vurub.

 

 

Tehran: Etirazçılar "Millət" və "Gələcək" banklarının inzibati binalarını dağıdıblar.

 

 

Savə magistralında etirazçılarla təhlükəsizlik qüvvələri arasında baş vermiş qarşıdurma.

 

 

Etirazçı xalq İranın Qüds şəhərinin İcra Hakimiyyətinin binasını yandırıb.

 

 

Şiraz əhalisinin polis bölmələrindən birinə hücumu

 

 

Fərdis əhalisi axund Nuri Həmədaninin bilbordunu aşağı endirir.

 

 

İslamşəhrdə qəzəbli xalq polisin istehkamlarına od vurur. Rejimin repressiv muzdurları olan polislər bu barrikadalardan xalqa hücum etmək üçünqərargah kimi istifadə edir. 

 

 

İsfahanın Simin dördyolunda etirazçıların Ticarət bankına od vurması.

 

 

Məaliabadda etirazçı xalqdan qorxan polis qüvvələri geriyə doğru qaçır.

 

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar