İranda evsiz-eşiksiz 50-dən çox kasıb insanın gecələr boş qəbirlərdə yatması etirazlara səbəb olub

2016-12-28 14:11

GünAzTV: İranda evsiz-eşiksiz 50-dən çox insanın gecələr yağış və şaxtadan qorunmaq üçün boş qəbirlərdə yatmasının mediada işıqlandırılması cəmiyyətdə qalmaqala və etirazlara səbəb olub.

 

Aralarında uşaq və qadınların da olduğu bildirilən və əksəriyyətini kimsəsiz və yoxsul narkomanlar təşkil edən həmin insanların gecələr qəbirlərdə yatması ilə bağlı məlumatı ilk dəfə bir neçə gün əvvəl İranın “Qanun”, sonra isə “Şəhrvənd” qəzetləri yayıb. Yeraltı və yerüstü təbbi sərvətləri, o cümlədən də neft və qaz yataqları ilə zəngin olan bir ölkə vətəndaşlarının acınacaqlı həyatını əks etdirən şəkillərin mediada yayılmasının ardınca, hüquq müdafiəçiləri ilə xeyriyyə təşkilatlarının nümayəndələri dekabrın 27-də onlara yardım etmək üçün Şəhriyar şəhərinin “Nəsirabad” qəbiristanlığına getsələr də, boş qəbirlərlə rastlaşıblar.

 

Bildirilir ki, bu xəbərin yayılmasının ardınca hökumət qüvvələri dekabrın 27-si sübh saatlarında həmin qəbiristanlığa gedərək qəbirlərdə yatan həmin insanlara yardım etmək əvəzinə onları döyə-döyə zorla qəbirlərdən çıxarıb qəbiristanlıq ərazisindən qovublar.

 

Bu arada İranın beynəlxalq səviyyədə tanınmış kinorejissoru Əsğər Fərhadi, dekabrın 27-də İran prezidenti Həsən Ruhaniyə məktub yazaraq cəmiyyətdə bu dərəcədə yoxsulluğun olmasını və islam respublikası rəsmilərinin bu kimi insanların taleyinə laqeyd münasibət sərgiləməsini tənqid edib. Məktubda deyilir: “Mən bu xəbəri oxuyub şəkillərə baxandan sonra hələ də hiddət və xəcalət içindəyəm. Görəsən biz niyə və nə vaxtdan belə olduq. Biz artıq həmvətənlərimizi sevməyi də unutmuşuq. Sizə bu məktubu yazmaqda məqsədim bir şeydir. Düşünürəm ki, son 38 ildə (mollaların hakimiyyəti dövründə-red) bu ölkədə vəzifə tutan hər kəs bu xəcalətdən və bu biabırçılıqdan payını götürməli, bu barədə düşünməlidir”

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Putinlə Bayden yaxın həftələrdə görüşə bilər - Dövlət katibi

2021-05-18

gun az article

Azərbaycanda son sutkada 1024 nəfər COVID-19-dan sağalıb, 432 nəfər yoluxub

2021-05-18

gun az article

İlham Əliyev: "Belarusla hərbi sahədə əməkdaşlıq çox yaxşı nəticələr verir"

2021-05-18

gun az article

Oljas Süleymenov “Şərəf” ordeni ilə təltif edilib

2021-05-18

gun az article

İranlı deputatlar: “Əgər bütün sanksiyalar 100% aradan qaldırılmasa, demək ki, heç bir sansiya ləğv edilməyib”

2021-05-18

gun az article

Almaniyada yaşayan azərbaycanlılar BMT-nin qərargahı önündə aksiya keçirib

2021-05-18

gun az article

Gəncə teatrının 100 yaşı tamam olur      

2021-05-18

gun az article

İran rəsmisi: “Əyalətlər arasında artıq su müharibəsi başlayıb”

2021-05-18

gun az article

Türkiyə XİN sözçüsü: "Krım tatar türklərinin yanındayıq"

2021-05-18

gun az article

Dmanisidə barışıq əldə edilib

2021-05-18

gun az article

Sərhəd ajiotajı: “Azərbaycan ağıllı strategiya ilə hərəkət edir"-Politoloq

2021-05-18

gun az article

İranın Əhvaz və Mahşəhr şəhərlərində 16 ərəb fəalı həbs edilib

2021-05-18

gun az article

TAP-la indiyədək 2 mlrd. kubmetrdən çox qaz nəql edilib

2021-05-18

gun az article

Azərbaycan Ordusunun antiterror əməliyyatına hazırlığı barədə tapşırıqlar verilib

2021-05-18

gun az article

İranda 231 siyasi fəal prezident seçkiləri ilə bağlı xalqa müraciət etdi

2021-05-18

gun az article

Belarusun müdafiə naziri Azərbaycana rəsmi səfərə gəlib

2021-05-18

gun az article

“Sən azadsan, Laçınım”-Qədim yurdumuz artıq düşmən tapdağında deyil

2021-05-18

gun az article

Dövlət Agentliyi: “Şuşa əsas turizm məkanı olacaq”

2021-05-18

gun az article

Prezident İlham Əliyev Azərbaycan-Ermənistan sərhədində vəziyyətin sabit olduğunu bildirib

2021-05-18

gun az article

ABŞ Prezidentinin müşaviri İlham Əliyevə zəng etdi

2021-05-18