SON XƏBƏRLƏR

İranda “F-5” qırıcısı qəzaya uğrayıb. Pilot ölüb, köməkçisi ağır bədən xəsarəti alıb

2021.10.20, 07:36
İranda “F-5” qırıcısı qəzaya uğrayıb. Pilot ölüb, köməkçisi ağır bədən xəsarəti alıb

Gunaz.tv

GünAzTV: Avqustun 26-sı sübh saatlarında İranın Dezful şəhəri yaxınlığında uçan “F-5” qırıcısı qəzaya uğrayıb.

 

Hadisə, şəhər ətrafında keçirilən təlim-məşq zamanı baş verib. Dezful hava bazasından səmaya qalxan təyyarədə texniki nasazlıq yarandığını görən pilot və onun köməkçisi təcili eniş etməyə çalışarkən qırıcı yerə çırpılıb. Qəza nəticəsində pilot Mənuçehr Fəttahi yerindəcə həlak olub, köməkçisi ağır bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilir. Köməkçi pilotun səhhətinin hazırda qənaətbəxş olduğu bildirilir. Qırıcıda yaranmış texniki nasazlığın səbəbləri araşdırılır.

 

Qeyd edək ki, İranın keçmiş şahı 1974-cü ildə 40 ədəd “F-5” qırıcısını Amerikadan alaraq ordunun istifadəsinə verib. Bu qırıcılar, dünyanın müxtəlif ölkələrinin ordularında çoxdan sıradan çıxarılsa da, İran ordusunda onlardan hələ də istifadə edilir. Amerikanın İrana qarşı qoyduğu sanksiyalara görə, İran həmin qırıcıların ehtiyat hissələrini ala bilmədiyinə görə, vaxtaşırı bu təyyarələr qəzaya uğrayır.

 

Qəzada həyatını itirən pilot Mənuçehr Fəttahi

 

Xatırladaq ki, avqustun 21-də prezident Həsən Ruhani və İran silahlı qüvvələrinin yüksək rütbəli komandirlərinin iştirakı ilə Tehranda “Kövsər” qırıcısının təqdimat mərasimi keçirilib. Dövlət tele-radiosundan qırıcının guya ölkədə və yerli müxəssislər tərəfindən istehsal edildiyi və onun “yüksək” qabiliyyətləri barədə hakimiyyət saytlarında geniş təbliğat aparılsa da, az sonra rəsmi TEhranın “Kövsər”lə bağlı iddialarının yalan olduğu üzə çıxıb.

 

Belə ki, təqdimat mərasimini diqqətlə izləyən xarici hərbi ekspertlər bildiriblər ki, İran müdafiə sənayesi mütəxəssislərinin əli ilə istehsal edildiyi iddia edilən “Kövsər”, Amerikanın 60-cı illərdə istehsal etdiyi “F-5” qırıcısının rənglənmiş formasından başqa bir şey deyil.

 

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar