İranda fəhlələrin yaşayış xərcləri 32% artıb

26.02.2020, 14:05

GünAz TV: İranın Ali Əmək Şurasının Əməkhaqqı Komitəsinin üzvləri həftələrlə sürən müzakirələrdən sonra keçirilmiş son iclasında fəhlə ailələrinin aylıq xərcləri barədə razılıq əldə ediblər.

 

Komitə üzvlərinin fikrinə görə, fəhlə kateqoriyasından olan vətəndaşların ailələrinin aylıq xərci 4 milyon 940 min tümən civarındadır.

 

Komitə ötən il bu rəqəmi 3 milyon 760 min tümən təyin etmişdi. İnişil isə bu rəqəm 1 milyon 300 min tümən təşkil edirdi. Bununla da, Komitə 1 il ərzində fəhlə ailələrinin aylıq xərcinin 32% artdığına qərar verib.

 

Digər tərəfdən, bu yaxınlarda İran Statistika Mərkəzi ötən 12 ay ərzində qeydə alının inflyasiya həddinin keçən ilin analoji dövrü ilə müqayisədə 37% artdığını bəyan edib. Lakin Ali Əmək Şurasının Əməkhaqqı Komitəsinin  fəhlələrin xərclərinin artmasını qiymət və xidmətlərin qiymətlərinin bahalaşmasından aşağı göstərib. Bu isə qeyri-real hesab edilir.

 

Ötən il fəhlələrin muzdunun məbləğində 36.5% artım müşahidə olunmuşdu. Artıq sözügedən Komitənin fəhlələrin aylıq xərclərinin qiymətini təyin etməsini nəzərə alsaq, üzümüzə gələn 3 həftə ərzində Komitə 1399-cu il üçün (21 mart 2020- 21 mart 2021-red.) muzdun məbləğini müəyyənləşdirmək istiqamətində müzakirələrə başlayacaq.

 

İranda fəhlələr yalnız əməkhaqlarının az olmasında deyil, eləcə də işsizlikdən əziyyət çəkirlər. Ölkədə hökm sürən iqtisadi böhran səbəbindən ötən illər ərzində saysız-hesabsız müəssisə bağlanıb və on minlərlə fəhlə işsiz qalıb.

 

Beynəlxalq Valyuta Fondunun statistikasına əsasən, İranda 1396-cı (mart 2017- mart 2018) ildə 14.5 faiz olan işsizlik həddi 1398-ci ildə (mart 2019- mart 2020) 17.4%-ə çatacaq. Bu isə Cənubi Afrika və Sudandan sonra dünya ölkələri arasında ən yüksək göstəricidir.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Paşinyanın xanımı: “Qırx dörd günlük müharibədə 11 min nəfər fərarilik etdi”

2023-04-02

gun az article

İranda güclü zəlzələ olub

2023-04-02

gun az article

2026-cı ilə qədər Qarabağdakı layihələrə ayrılan investisiyalar 10 milyard dollara çatacaq

2023-04-01

gun az article

ABŞ Donanması İrana görə qərar verdi

2023-04-01

gun az article

Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu imzalayıb

2023-04-01

gun az article

İrandan Azərbaycana 13 kq-dan çox narkotik gətirilməsinin qarşısı alınıb

2023-04-01

gun az article

İranda inflyasiya kəskin artacaq

2023-04-01

gun az article

İranda dollar yenidən bahalaşdı

2023-04-01

gun az article

Azərbaycanlı gənc Harvard Universitetinə qəbul olub

2023-04-01

gun az article

İranda universitet müəllimləri işdən qovuldu

2023-04-01

gun az article

Azərbaycanın nümayəndə heyəti Qazaxıstanda səfərdədir

2023-04-01

gun az article

Ərdəbildə meşələrimiz məhv edilir

2023-04-01

gun az article

Ermənistanda hərbçilər arasında atışma olub, ölən var

2023-04-01

gun az article

Zakir Həsənov müşavirə keçirib, təxribatların qarşısının alınması barədə tapşırıqlar verib

2023-04-01

gun az article

Soyqırımı barədə əsl həqiqətlər Ümummilli Lider Heydər Əliyevin sayəsində ictimaiyyətə çatdırılıb

2023-04-01

gun az article

“Ukraynadakı münaqişə 2027-yə qədər davam edə bilər”- Şolts

2023-04-01

gun az article

Ağ Ev: Rusiya ABŞ diplomatlarının saxlanılan jurnalistlə görüşünə mane olur

2023-04-01

gun az article

BMT nüvə silahından istifadə riski ilə bağlı həyəcan təbili çalır

2023-04-01

gun az article

Xankəndi-Laçın yolu: ekofəallar 111 gündür dəyişməz tələblərini irəli sürürlər

2023-04-01

gun az article

İranda bəluçlar etiraz aksiyası keçiriblər

2023-04-01