SON XƏBƏRLƏR

İranda Fereydunkenar “Sepah”ının komandanı koronavirusdan ölüb

2021.10.20, 07:36
İranda Fereydunkenar “Sepah”ının komandanı koronavirusdan ölüb

Gunaz.tv

GünazTV: İranın Mazandaran əyalətinin Fereydunkenar şəhərinin “Sepah” komandanı polkovnik Abdulla Cəfərzadə koronavirusdan ölüb.

 

Yayılan məlumatlara əsasən, Abdulla Cəfərzadə martın 9-da Sari şəhərinin “Vilayət” xəstəxanasında keçinib.

 

İranın “İsna” agentliyi yerli “Sepah” komandanının ürəyində yaranmış nasazlıq səbəbi ilə öldüyünü iddia etsə də, Mazandaran əyalətinin xəstəxanalarındakı mənbələr onun koronavirusdan öldüyünü bildiriblər.

 

 

Qeyd edək ki, İran Səhiyyə Nazirliyi martın 9-da yaydığı bəyanatda son statistikaya görə ölkədə virusdan ölənlərin sayının 237-nəfərə, yoluxanların sayının isə 7161 nəfərə çatdığını bildirsə də, İranın tibb mərkəzlərində çalışan qeyri-rəsmi mənbələr, virusdan ölənlərin və yoluxanların sayının qat-qat çox olduğunu bildirirlər.

 

Həmin mənbələrin dediyinə görə, İran rejimi ölənlərin sayını azaltmaqla, virusla mübarizədə öz səriştəsizliyini və ölkədə baş verən dəhşətli faciənin miqyasını xalqdan və cəmiyyətdən gizlətməyə çalışır.

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar