GünazTV: İranda Firuzkuh valisinin ictimai-siyasi məsələlər üzrə müavini Höccətullah Həsənzadə koronavirusdan ölüb.
İran mediasının yaydığı xəbərə əsasən, əvvəllər böyrək xəstəliyindən əziyyət çəkən 44 yaşlı Höccətullah Həsənzadə koronavirusa yoluxması səbəbi ilə martın 10-dan-11-ə keçən gecə müalicə aldığı xəstəxanada keçinib.
Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin martın 10-da yaydığı son statistikaya əsasən, ölkədə virusdan ölənlərin sayı 291-nəfərə, yoluxanların sayı isə 8042 nəfərə yüksəlib.
A.M