SON XƏBƏRLƏR

İranda gecə qonaqlığına qatılan daha 16 qız və oğlan həbs edilib

2021.10.20, 07:36
İranda gecə qonaqlığına qatılan daha 16 qız və oğlan həbs edilib

Gunaz.tv

GünazTV: İranın Mazandaran əyalətinin mərkəzi Sari şəhərində gecə qonaqlığına qatılan daha 16 qız və oğlan həbs edilib.

 

Bu barədə, Mazandaran əyalətinin yerli hüquq-mühafizə qüvvələri rəsmiləri iyulun 27-də jurnalistlərə açıqlama verib.

 

Polis rəsmilərinin bildirdiyinə görə, 9-u kişi, 7-si isə qadın olan həmin şəxslər iyulun 25-də ad günü mərasimi keçirmək adı və bəhanəsi altında gecə qonaqlığına qatılaraq, birlikdə rəqs edib şənlənərkən tutulublar. Polis bölməsinə aparılıb dindirildiyi bildirilən gənclərin içkili olub-olmaması və onların sonradan sərbəst buraxılıb-buraxılmaması barədə hər hansı bir məlumat yayılmayıb.

 

Xatırladaq ki, 2016-cı ilin iyun ayından bu günə kimi, İranın müxtəlif şəhər və bölgələrində polisin qız və oğlanların birgə qatıldığı gecə qonaqlıqlarına, banketlərə və ad günü mərasimlərinə hücumunda 1850-ə yaxın qız və oğlan həbs edilib.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar