SON XƏBƏRLƏR

İranda gənclərin gələcəkləri ilə bağlı düşüncələri: “Burda bizə gələcək yoxdur”- VİDEO

2021.10.20, 07:36
İranda gənclərin gələcəkləri ilə bağlı düşüncələri: “Burda bizə gələcək yoxdur”- VİDEO

Gunaz.tv

GünAz TV: “Euronews” İranda bir neçə gənclə gələcəkləri, nüvə proqramı, eləcə də ölkələrinin dost və düşmənləri ilə bağlı müsahibə aparıb.

 

Müsahibədə iştirak edən bir neçə gənc ölkədə iqtisadi vəziyyətin ağır olduğunu və buna görə də daha yaxşı həyat üçün İranı tərk edərək, Amerika Birləşmiş Ştatları və Kanada kimi ölkələrə köçmək istəyirlər.

 

Müsahiblərdən biri, ictimaiyyətlə əlaqələr sahəsində təhsil almış Arian Nəbizadə ölkənin gələcək iqtisadi vəziyyəti ilə bağlı müsbət heç nə düşünmədiyini deyib. O bildirib ki, əsasən işsizlik və ağır həyat şəraitinə görə, insanların çoxu başqa ölkələrə miqrasiya etmək barədə düşünürlər.

 

Digər Negin adlı müsahib isə xaricə işiylə bağlı getmək istədiyini deyib. O, bəzək əşyaları dizayneri olduğunu, ölkəsində öz işini təkmilləşdirmək üçün şərait və müəllif hüquqlarının olmadığına görə, İrandan Kanadaya köçmək istədiyini bildirib.

 

Səfər adlı gənc isə ölkədə gələcəklə bağlı arzularının reallaşması ehtimalından danışıb. O, xoşbəxt gələcəyinin olmasını istədiyini, lakin bunun İranda reallaşmasının mümkünsüz olduğunu və buna görə də Amerika Birləşmiş Ştatlarına köçmək istədiyini deyib. Səfər əlavə edib ki, dostları, ailəsi və qohumları ona burda gələcəyin olmadığını deyirlər. Gənc qeyd edib ki, İranda insanlar çox ağır şəraitdə və çox işləyirlər, lakin qarşılığında layiq olduqları əməkhaqqı almırlar.

 

Jurnalist daha sonra gənclərə Amerikanı düşmən hesab edib-etmədikləri barədə sual verib. Gənclərin hamısı Amerikanı düşmən hesab etmədiklərini deyib.

 

Müsahibədə iştirak edən gənc qızlardan biri bildirib ki, yalnız siyasətçilər bir-biri ilə düşmənlik edir. Xalqlar düşmən deyil və o, Amerikanı özünə düşmən hesab etmir.

 

İngilis dilində olan həmin videonu təqdim edirik:

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar