SON XƏBƏRLƏR

İranda geyim repressiyası

2021.10.20, 07:36
İranda geyim repressiyası

Gunaz.tv
İranda geyim repressiyası Açıq-saçıq geyinənlər sərt şəkildə cəzalandırılacaq İran polisi yay aylarında İslam geyim qaydalarını pozan qadınların təqib olunması ilə bağlı fəallığını artırmaq niyyətindədir. Bu haqda Reuters İranın kütləvi informasiya vasitələrinə istinadla xəbər verib. Xoşagəlməz hallar təkcə İslam geyim ənənələrini pozan qadınları deyil, həm də bu paltarların satışı ilə məşğul olan mağazaları gözləyir. Polis bu yolla cəmiyyətin əxlaqını pozanlara qarşı mübarizə aparmaq niyyətindədir. 1979-cu ildə İranda islam inqilabı baş verdikdən sonra İran qadınları başdan ayağa qədər bədənin hər yerini örtən paltar geyinməyə məcbur edilib. Bu qaydanı pozan qadın fiziki işgəncə, cərimələnmək və ya azadlıqdan məhrum edilmək gözləyir. Bununla yanaşı Qərb uslubunda saç düzümü olan kişilər də cəzalandırılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar