SON XƏBƏRLƏR

İranda gizli raket sınağı zamanı “Sepah” muzdlusu həlak olub

2021.10.20, 07:36
İranda gizli raket sınağı zamanı “Sepah” muzdlusu həlak olub

Gunaz.tv

GünAzTV: İranda gizli keçirilən raket sınağı zamanı baş vermiş uğursuzluqda “Sepah” muzdlusu Məhəmməd Əmrayi həlak olub.

 

Bu barədə, İranın təhlükəsizlik qurumlarının kiber bölümü ilə əlaqədə olan “Yumşaq müharibə zabitləri” inə məxsus Teleqram kanalı martın 24-də məlumat yayıb.

 

“Teleqram” kanalında yayılan məlumatda, raket sınağının keçirildiyi tarix və onun yeri açıqlanmasa da, “Sepah”çı Məhəmməd Əmrayi, “yeni ilin (1397-ci il) ilk şəhidi” kimi təqdim edilib. Bununla da hadisənin Novruz bayramının ilk günlərində baş verdiyi təxmin edilir.

 

“Sepah” muzdlusunun martın 25-də Tehranın “Behişt-i Zəhra” qəbiristanlığında torpağa tapşırıldığı bildirilir. Uğursuz raket sınağı zamanı hər hansı bir partlayışın baş verib-vermədiyi barədə məlumat yayılmayıb.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar