SON XƏBƏRLƏR

İranda hakim rejimə qarşı etirazlarda ölənlərin sayı 21 nəfərə çatıb

2021.10.20, 07:36
İranda hakim rejimə qarşı etirazlarda ölənlərin sayı 21 nəfərə çatıb

Gunaz.tv

GünAzTV: İranda "Axundizm"ə və ruhanilərin totalitar islam hakimiyyətinə qarşı keçirilən kütləvi etirazlarda ölənlərin sayı 21 nəfərə çatıb.

 

İran Dövlət Televiziyasının xəbər şəbəkəsinin yanvarın 2-də yaydığı məlumatda bildirilir ki, təkcə ötən gün 9 nəfər İsfahan əyalətinin müxtəlif şəhərlərində aksiyalarda həyatını itirib. Bildirilir ki, yanvarın 1-də 6 nəfər Qəhdericanda, 1 “Sepah”çı isə Nəcəfabad şəhərinin Kəhrizsəng bölgəsində baş verən qarşıdurmalarda həyatını itirib. Qeyd olunur ki, aksiyaçılar həmin gün Qəhdericanda bir polis qərargahına hücum edərək ona od vurmuşdular. Beləliklə də son altı gündə ölkənin müxtəlif şəhərlərində keçirilən etirazlarda ölənlərin sayı 21 nəfərə çatıb.

 

Tehran fərmandarının siyasi və təhlükəsizlik məsələləri üzrə müavini Əli Əsğər Nasirbəxt isə jurnalistlərə açıqlamasında bildirib ki, son günlər etirazlara qatılan aksiyaçılardan 450 nəfəri təkcə paytaxt Tehranda yaxalanıb. O, həbs edilən etirazçıların hazırda harada saxlandığını açıqlamayıb.

 

 

Xatırladaq ki, İran hakimiyyətinin iqtisadi, daxili və xarici siyasətinə qarşı ilk etirazlar, “Bahalığa yox” adı altında “Teleqram” sosial şəbəkəsində edilən çağırışa əsasən, dekabrın 28-də Rəzəvi Xorasan əyalətinin Məşhəd şəhərindən başlanıb. Son günlər isə etirazçıların səsləndirdiyi şüarlar daha sərtləşərək bütün molla hakimiyyətinin əleyhinə yönəlib.

 

Son günlər, İranın 40-a yaxın şəhərində ölkənin ağır və acınacaqlı iqtisadi durumuna, yoxsulluğa, repressiyalara, rejimin daxili və xarici müdaxiləçi siyasətinə qarşı keçirilən etirazlarda, axund Əli Xamneyiyə, prezident Həsən Ruhaniyə və digər rəsmilərə qarşı ölüm şüarları səsləndirilib. Etirazlar davam etdir.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar