Taylandda İsrail diplomatlarına qarşı sui-qəsd hazırladıqları üçün həbs olunan 3 iranlı terrorçunun azadlığı qarşılığında Kylie Moor- Gilbertin İran həbsxanasından sərbəst buraxıldığı bildirilir.
Gunaz.tv
İngiltərə-Avstraliya vətəndaşı olan Kylie Moore- Gilbert, yeddinci “Şiə Araşdırmaları Konfransı”na qatılmaq üçün “Əl-Zəhra” Universiteti və Qumdakı “Dinlər və Məzhəblər Universiteti”nin dəvəti ilə 2018-ci-ci ilin yayında İrana getmişdi. O, Konfransdan sonra ölkəsinə döndüyü zaman Tehranın “İmam Xomeyni” hava limanında təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmiş "İsrailə casusluq"da günahlandırılaraq 10 il həbs cəzasına məhkum edilmişdi.Xatırladaq ki, Avstraliyanın Melburn Universitetinin islami araşdırmalar üzrə müəllimi və Yaxın Şərq regionu üzrə mütəxəssisi olan Kylie Moore-Gilbert 2018-ci ilin payızında İranda həbs edildikdən sonra Tehranın Evin zindanında saxlanılırdı. Onun məhz hansı əməlinə görə casusluqda günahlandırılmasının detalları açıqlanmayıb. Alim xanıma qarşı bu ittihamlar üzrə 10 il həbs cəzası verilmişdi.
Bir müddət əvvəl Evin həbsxanasının gözətçilərinin xanım Gilbertə qanunsuz həbsi və saxlanılma şəraitinə etiraz etdiyinə görə narkotik maddə verib, daha sonra vəhşicəsinə döydükləri barədə məlumatlar yayılmışdı.
C.E