SON XƏBƏRLƏR

İRANDA HƏRBİ TƏYARƏNİN QƏZAYA UĞRAMASI NƏTİCƏSİNDƏ İKİ PİLOT HƏLAK OLUB

2021.10.20, 07:36
İRANDA HƏRBİ TƏYARƏNİN QƏZAYA UĞRAMASI NƏTİCƏSİNDƏ İKİ PİLOT HƏLAK OLUB

Gunaz.tv
2008-07-07 - 17:11:00 İranın Xuzistan əyalətində hərbi təyyarənin qəzaya uğraması nəticəsində iki pilotun həlak olduğu bildirilir. «Media forum» saytının məlumatına görə, təyyarənin iyulun 6-da yerli vaxtla səhər saat 10 radələrində «Ümidiyyə» hərbi bazasında yerə enərkən qəzaya uğradığı, pilotların isə İran ordusunun ən təcrübəli pilotlarından olduğu deyilir. Xuzistan əyalətində hərbi hava qüvvələrinə məxsus iki mühüm baza var. «Ümidiyyə» əyalətin cənub-şərqində yerləşir. İkinci hava baza əyalətin Dezful şəhərindədir. Həlak olmuş pilotların adları hələ açıqlanmayıb. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar