SON XƏBƏRLƏR

İranda ictimai yerdə sevdiyi qıza evlilik təklif edən gənc oğlan və qız həbs edilib - VİDEO

2021.10.20, 07:36
İranda ictimai yerdə sevdiyi qıza evlilik təklif edən gənc oğlan və qız həbs edilib - VİDEO

Gunaz.tv

GünazTV: İranın Ərak şəhərinin Gülüstan ticarət mərkəzində ictimaiyyət qarşısında sevdiyi qıza evlilik təklif edən gənc oğlan və qız həbs edilib.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, hadisə bir neçə gün əvvəl baş verib. Adı mediaya açıqlanmayan gənc oğlan ticarət mərkəzində sevdiyi qızın qarşısdında diz çökərək ona evlilik təklif edib. Qız isə təklifi qəbul etdikdən sonra oğlan onun barmağına nişan üzüyü taxıb. Gənc cütlüyün bir-birinə qovuşmasını izləyən insanlar, onları alqışlayıb. Cütlük  evlilik səhnəsini  sosial şəbəkələrdə paylaşdıqdan dərhal sonra, polis qüvvələri tərəfindən həbs ediliblər.

 

Mərkəzi əyalətin hüquq-mühafizə qüvvələri komandanının ictimaiyyətlə əlaqələr bölməsi üzrə müavini Mahmud Xələci jurnalistlərə açıqlamasında gənc cütlüyün həbsini təsdiq edərək, onları islam dəyərlərinə zidd rəftar edərək adət-ənənələri pozmaqda və Qərb mədəniyyətini təbliğ etməkdə günahlandırıb: “Bu barədə sosial şəbəkələrdə bir videonun yayılmasından dərhal sonra əməkdaşlarımız işə qarışaraq həmin cütlüyü tutub onları məhkəmə orqanlarına təhvil verib və barələrində cinayət işi açılıb.

 

Polis rəsmisi Mahmud Xələci

 

Lakin bu cütlüyün biri-biri ilə qanuni şəkildə nikah bağladığını nəzərə alaraq, onlar barələrində hökm çıxarılana qədər mülki vəsiqə girovu qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıblar”.

 

VİDEO:

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar