SON XƏBƏRLƏR

İRANDA İLDƏ 500 TON NARKOTİK MADDƏDƏN İSTİFADƏ OLUNUR

2021.10.20, 07:36
İRANDA İLDƏ 500 TON NARKOTİK MADDƏDƏN İSTİFADƏ OLUNUR

Gunaz.tv
İRANDA İLDƏ 500 TON NARKOTİK MADDƏDƏN İSTİFADƏ OLUNUR İranın hökumət qurumu - Sağlam Həyat Təşkilatı hesabat yayaraq ölkədə narkomanların ildə 500 ton narkotik vasitədən istifadə etdiyini bildirib. «Media forum» saytının məlumatına görə iyunun 23-də Narkotik Maddələrə Qarşı Mübarizə Qurumunun rəhbəri, İran hüquq-mühafizə qüvvələrinin komandanı İsmayıl Əhmədi Müqəddəm jurnalistlərə açıqlamasında keçən illə müqayisədə bu il istifadə edilən narkotik maddələrin həcmində azalma müşahidə olunduğunu deyib: «Ölkədə istifadə edilən narkotik vasitələrin həcmi 700 tondan 500 tona düşüb. Hər il 2500 ton narkotik maddə gizli yollarla ölkəyə gətirilir. Bunun təxminən 900 tonunu hüquq-mühafizə qüvvələri müsadirə edir, 500 tonu narkomanların əlinə keçir, 1100 tonu isə Avropa və İran Körfəzi ətrafındakı ölkələrə aparılır». «Media forum» ----------------------------------------------------------------------------- Azərbaycan Ordusunun mövqeləri avtomat və pulemyotlardan atəşə tutulub esger_xendekkk.jpg Bütün hallarda qarşı tərəf cavab atəşi ilə susdurulub Ermənistan silahlı qüvvələri iyunun 24-də saat 16:10-dan başlayaraq gecə saatlarına qədər fasilələrlə Xocavənd rayonunun Kuropatkino kəndi ərazisində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Xəbəri Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. Məlumata görə, bütün hallarda qarşı tərəf cavab atəşi ilə susdurulub, itki yoxdur. /ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar