İranda "İnqilab küçəsi"ndə məcburi hicaba etiraz etməklə tanınan Məryəm Şəriətmədari Türkiyədən ölkəsinə qaytarıla bilər- VİDEO

2020-09-08 14:00

İranda 2018-ci ildə məcburi hicaba etiraz olaraq Tehranın "İnqilab küçəsi"ndə baş örtüklərini çıxaran qadınlardan biri- Məryəm Şəriətmədari Türkiyədən ölkəsinə geri qaytarıla bilər.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə o, "İnstagram" səhifəsində yaydığı canlı yayım videosunda məlumat verib. 


Xanım Şəriətmədarinin sözlərinə görə, Türkiyə polisi onu və bir neçə nəfəri Dənizli şəhərindən "heç bir səbəb olmadan" İrana deport etmək üçün həbs edib. 


O, adının Türkiyənin Miqrasiya İdarəsində qeydiyyətdə olduğunu, lakin polis əməkdaşlarının qətiyyən buna əhəmiyyət vermədiyini və sistemə baxmadığını deyib. 

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by maryam (@maryamshariatmadarii) on


Bu xəbər sosial şəbəkələrdə iranlı istifadəçilər tərəfindən narahatlıqla qarşılanıb. Onlar Türkiyə hökumətindən Məryəm Şəriətmədarini repressiv İran rejiminə təhvil verməməsini istəyiblər. 


Xatırladaq ki, Məryəm Şəriətmədari 2018-ci ilin fevral ayında məcburi hicaba etiraz əlaməti olaraq Tehranın "İnqilab küçəsi"ndə dəmir üzərinə çıxaraq baş örtüyünü çıxarmışdı. İran polisinin həmin əsnadə onu vuraraq dəmirin üzərində yerə yıxması nəticəsində xanım Şəriətmədari müxtəlif bədən xəsarətləri almışdı. 


İran məhkəməsi Məryəm Şəriətmədariyə qarşı 2018-ci ilin mart ayında "hicab taxmamaqla əxlaqsızlığa təşviq" ittihamı ilə 1 il həbs cəzası çıxarmışdı. Bir müddət istintaq təcridxanasında saxlanılan Məryəm Şəriətmədari azadlığa çıxandan sonra siyasi mühacir kimi Türkiyəyə sığınıb. 


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İranda Royan şəhərinin qəbiristanlığında qəbir daşları üzərində həkk olunmuş qadın şəkilləri silinib

2020-10-26

gun az article

İran rəsmisi: “Ölkədə koronavirusdan ölənlərin sayı rəsmi statistikada elan edilənlərdən 3-4 dəfə çoxdur”

2020-10-26

gun az article

Düşmən Tərtər rayonunu atəşə tutub

2020-10-26

gun az article

MN: Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun Laçının Səfiyan kəndindəki bölmələrini artilleriya atəşinə tutub

2020-10-26

gun az article

MN: Ermənistan yeni atəşkəs rejimini kobud surətdə pozub

2020-10-26

gun az article

MN: Azərbaycan Ordusu atəşkəs rejiminə tam riayət edir

2020-10-26

gun az article

Prezident İlham Əliyev: "Həll yolu Azərbaycanın ərazi bütövlüyünə əsaslanır"

2020-10-25

gun az article

İranda daha 296 nəfər koronavirusdan ölüb, 6191 nəfər virusa yoluxub

2020-10-25

gun az article

MN: Qoşunlarımız cəbhənin Xocavənd, Qubadlı və Laçın rayonları ərazisində düşmənə ciddi zərbə vurub

2020-10-25

gun az article

Müdafiə Nazirliyi: Düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib

2020-10-25

gun az article

“Ərazilər dronla işğaldan azad edilmir, onu əsgər azad edir”

2020-10-24

gun az article

Ermənistan ordusunun pilotsuz uçuş aparatı vurulub

2020-10-24

gun az article

Müdafiə Nazirliyi: Azərbaycan əsgəri beynəlxalq hüquqla müəyyən edilmiş normalar çərçivəsində davranır

2020-10-24

gun az article

İranda koronavirusdan ölənlərin sayı 32 000 nəfəri keçib

2020-10-24

gun az article

İranın İsfahan əyalətində daha 31 nəfər koronavirusdan vəfat edib

2020-10-24

gun az article

İran rəsmisi: “Azərbaycan və Ermənistan sərhədçilərinə xəbərdarlıq etmişik”

2020-10-24

gun az article

Ermənilər Xankəndidə İlham Əliyevi belə izlədi

2020-10-24

gun az article

MN: Ağdərə, Xocavənd, Füzuli, Hadrut və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib

2020-10-24

gun az article

Müdafiə Nazirliyi: Düşmənin bir neçə dayaq məntəqəsi dağıdılıb və vacib yüksəkliklər azad edilib

2020-10-24

gun az article

İran Silahlı Qüvvələrinin sözçüsü Ermənistan və Azərbaycana xəbərdarlıq etdi

2020-10-23