SON XƏBƏRLƏR

İranda İnsan Hüquqları Təşkilatı: “Təkcə iyul ayında ən azı 38 nəfər İranda edam edilib”

2021.10.20, 07:36
İranda İnsan Hüquqları Təşkilatı: “Təkcə iyul ayında ən azı 38 nəfər İranda edam edilib”

Gunaz.tv

GünazTV: Əsas qərargahı Norveçdə olan İranda İnsan Hüquqları Təşkilatı islam respublikasında edamların sayının gündən-günə artması barədə bəyanat yayıb.

 

Təşkilatın avqustun 6-da yaydığı bəyanatında deyilir ki, əvvəlki aylarla müqayisədə, son vaxtlar İranda müxtəlif ittihamlara görə tutulub edama məhum edilənlərin sayı xeyli dərəcədə artıb: “Təkcə ötən iyul ayında İranda ən azı 38 nəfər edam edilib. Bu isə ötən il yarım müddətində edamların bir ay ərzində qeydə alındığı ən yüksək rəqəmdir.

 

İyul ayında edam edilən 38 məhkumdan 34-ü qətldə və qəsdən adamöldürmədə, 3-ü narkotik maddə qaçaqmalçılığında, ictimaiyyət qarşısında dara çəkilən 1-i isə cinsi təcavüzdə günahlandırılıb” –deyə bəyanatda vurğulanır.

 

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar