SON XƏBƏRLƏR

İranda insanlar repressiya olunur.MÜSAHİBƏ

2021.10.20, 07:36
İranda insanlar repressiya olunur.MÜSAHİBƏ

Gunaz.tv
"İranda insanlar repressiya olunur" Əlyar Səfərli: " Güney Azərbaycanda insan hüquqları deyilən məfhum yoxdur" " Əfşar Süleymani Azərbaycan siyasi sisteminə, parlamentinə böhtan atır" İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymaninin " Xural" qəzetinin 1 iyun 2008-ci il sayında " Prezident sistemi kökündən dəyişməlidir" adlı müsahibəsi dərc olunub. Əfşar Süleymani Bakıda səfir kimi çalışarkən onun yazdığı məqalə və yazıları diqqətlə oxudu ğunu və ona cavab verdiyini bildirən Azərbaycanın İrandakı sabiq səfiri Əliyar Səfərli qeyd olunan müsahibə ilə bağlı öz münasibətini bildirib. - Əlyar müəllim, Əfşar Süleymani Azərbaycan hakimiyyəti, millət vəkilləri, eləcə də müxtəlif məsələlər barədə mənfi fikirlər səsləndirib. Bu insanın addığı addımı necə izah etmək olarğ O, səfir kimi çalışdığı müddətdə də belə " cəsarətli" çıxışlar edibmi? - Bu insan səfir çalışdığı müddətdə belə Azərbaycan haqqında xoşagəlməz ifadələr, sözlər irəli sürüb. Milli - mənliyimizə, şərəfimizə toxunan xoşagəlməz ifadələr işlətmişdir. Çox təəssüf ki, Ə. Süleymani səfir vəzifəsində çalışarkən Azərbaycanın rəsmi dövlət dairələri bu səfir haqqında münasibətini bildirməyib və onu yerində oturtmayıb. Əfşar S üleymani diplomatik münasibətlərə əməl etmir və birbaşa Azərbaycanın daxili işinə müdaxilə edir. Bu müsahibəsində də yenə Ə. Süleymani diplomatik etikaya əməl etməyərək, Azərbaycan dövlətçiliyinə xoşagəlməz ifadələr işlədir. Mən onun bu hərəkətinə qarşı münasibətimi bildirmək istəyirəm. O, yazının bir yerində bildirir ki, biz Azərbaycan hakimiyyətindən, o cümlədən Azərbaycan prezidenti İlham Əliyevdən tələb edirik. Əfşar Süleymani başa düşməlidir ki, onun Azərbaycan prezidentindən ultimatum şəklində tələb irəli sürməsi heç bir etikaya sığmır. Əfşar Süleymani kimdir ki, prezident qarşısında tələb irəli sürsünğ Bu insanın yaramaz hərəkətləri bizim ictimaiyyəti çox düşündürür. Əfşar Süleymani hesab edir ki, Azərbaycanda iqtisadi sistem yoxdur. Azərbaycanda çox düşünülmüş iqtisadi sistem həyata keçirilir. Bu insan Azərbaycan respublikasından müəyyən iş adamlarının, ziyalıların getdiyini bildirib. Bu tamamilə yanlışdır. Müxtəlif ölkələrə çox insan gedib- gələ bilər. Bu hər kəsin şəxsi işidir. Əfşar Süleymani bilməlidir ki, Güney Azərbaycanda insanlar kütləvi şəkildə evindən, vətənindən çıxıb dünyanın müxtəlif ölkələrinə səpələnib. Bizim soydaşlarımız repressiyaya məruz qalıb. Onlar İranın cənubunda olan boz çöllərə sürgün olunur. Əfşar Süleymani birinci İran rejiminin siyasəti haqqında düşünməlidir. O, öz qeydlərində göstərir ki, guya Azərbaycanda saxta pullar işlədilir. Guya İran tacirlərinə saxta pullar verilir. Bu da tamamilə yanlış fikirlərdəndir. Əgər doğurdan da kiməsə saxta pul verilibsə, bunu məhkəmə yolu ilə həll etmək olar. Əfşar Süleymani hesab edir ki, Azərbaycanda insan hüquqları heç kəs tərəfindən qorunmur. Amma zavallı şəxs başa düşmür ki, İranda, xüsusilə Güney Azərbaycanda insan haqqı deyilən məfhum yox dərəcəsindədir. Güney Azərbaycanın milli hüquqları ayaqlar altına atılır, tapdalanır. Güney azərbaycanlıların məhkəmələrində onların hüquqları demək olar ki, qorunmur. İran məhkəmə sistemi vətəndaşları deyil, hökmü qoruyur. Xüsusilə, məhkəmələrdə türklərin hüquqları Ana Yasa əsasında qorunmur. Ona görə də birinci növbədə Güney Azərbaycanın vəziyyəti barədə düşünmək lazımdır. Başa düşmək lazımdır ki, Güneylə Quzey arasında qeyd olunan məsələlər barədə müqayisələr aparanda çox böyük fərq var. - Əfşar Süleymani Azərbaycanın seçki sistemini də tənqid edib.Bildirib ki, seçkilər demokratik keçirilir... - O, Azərbaycan parlamentmnə böhtan atır. Bizim millət vəkilləri arasında milli ləyaqətə sahib olan şəxsiyyətlər çoxdur. Xalq arasında nüfuz qazanan savadlı millət vəkillərimiz var. Onların hamısı haqqında belə demək olmaz ki, onların hamısı rüşvətxordur, onların obyektləri var və ancaq ticarətlə məşğuldurlar. Bu tamamilə yanlış bir baxışdır. İran özü isə başdan-başa ticarət ölkəsidir. İran rejimi insanları siyasi, müstəqil düşüncələrinə görə təzyiqlərə məruz qoyur. Oradakı insanlar heç zaman öz hüquqlarını qoruya bilmir. Azərbaycan türklərinin milli-mənəvi varlığı inkar olunur. Haqqlarını heç vaxt qoruya bilmirlər. Onların ana dilində dərs öyrənməsinə imkan verilmir. 40 milyon insan bu haqqdan məhrum edilib. İran rejimi belə hesab edir ki, Konstitusiya çərçivəsində insan haqqarı təmin olunur. Bu yalnız qanunda belədir, əməldə isə tamamilə əksinədir. İran rejimində idarə üsulu ilə söz arasında fərq özünü göstərir. Əfşar Süleymani iddia edir ki, Azərbaycanda yenilik yaradılmalıdır. Azərbaycanda onsuz da gündən-günə inkişaf olduğu halda hansı yenilikdən danışmaq olarğ Əfşar Süleymani öz yazısında qeyd edir ki, mən Azərbaycanda bu və ya başqa insanların qüsurunu görməsəm, rahat yaşayaram. Buranı guya öz vətəni hesab edir. Özünü iranlı sayan Əfşar Süleymani, hətta özünü türk belə hesab etmir. Özünü türk sayan bir insan nə üçün ana dilində dərslik məsələsinə əhəmiyyət vermirğ Süleymani belə hesab edir ki, İranda olan problemlərlə bağlı Azərbaycandan olan ziyalılar fikir mübadiləsi aparmamalıdır. İranın daxili işinə qarışmamalıdır. Ə.Süleymani bilməlidir ki, bütün dünya ölkələrində olan insan hüquqlarının pozulması məsələsinə müdaxilə edilir və insanların hüquqlarının keşiyində durulur. Qapalı bir ölkə olan İranda baş verən hadisələr isə dünyaya çatdırılmır. İranda hətta cavan qız və qadınlar dar ağacından asılır. 2006-cı ilin may hadisələrində soydaşlarımızdan 27 nəfər öldürülüdü, yüzlərlə insan yaralandı. Bu İranın demokratiyanın düşməni olduğunu təsdiqləyir. Ə.Süleymani qeyd edir ki, Azərbaycanda demokratiya inkişaf etməyib və güclü müxalifət yoxdur. Mən belə başa düşürəm ki, Azərbaycanda demokratiya məsələsi lazımı səviyyədə deyil. Amma demokratiya ilə əlaqəli proses cox ciddi bir məsələdir. Demokratiya uzun illər ərzində formalaşmalıdır. Mən belə başa düşürəm ki, Azərbaycan müxəlifəti bir az süstdür və hələlik öz fikrini açıq şəkildə bildirmir. Onların qarşısında heç kim maneçilik törətmir. - Sabiq səfir İran əhalisinin siyasi yetkinliyindən, hüquq və azadlıqlarından danışır. "İranda insan hüquqları qorunur" demək nə dərəcədə ədalətlidir? - İranda siyasi inkişaf deyilən şey yoxdur. İranda vətəndaşların iqtisadi işlərlə məşğul olması üçün şərait yaradılır, amma siyasi məsələlərə müdaxilə etmək onlara yasaqdır. İran bir xalqın siyasi-milli şüurunun formalaşmasına ağır təsir göstərir. Mən Güney Azərbaycanı qarış-qarış gəzmişəm. Kəndlərində, şəhərlərində olmuşam. Görüşlər keçirmişəm. İranın radio, televiziya və qəzetlərinin materiallarından istifadə etmişəm. İranın KİV-lərində türklər öz fikirlərini sərbəst şəkildə deyə bilmirlər. Ə.Süleymani bilməlidir ki, güneylilər dünyanın ən bədbəxt və ən nakam bir xalqıdır. Dünyanın heç bir ölkəsində güneylilər qədər hüququndan məhrum olan bir xalq yoxdur. İran rejimi güneylilərlə qul kimi davranır. Ziyalıları vəzifələrə aparılmır. Güney ziyalıları içərisindən ancaq saxta, dönük və manqurt insanlar aşkarlanır və vəzifələrə qoyulur. İran rejimi çox ziddiyyətlidir. Ə.Süleymani deyir ki, nə üçün Azərbaycan işğal olunan 20 faiz torpaqları ilə məşğul olmurğ O, bilməlidir ki, Qarabağ müharibəsində Ermənistana ən çox yardım edən ölkə İran olub. İran Ermənistanı iqtisadi blokadadan çıxarıb. Ermənistan ordusunu silahla, ərzaqla, yanacaqla təmin edib. Azərbaycanın işğal altında olan torpaqlarındakı məscidlər və pirlər, qəbiristanlıqlar ermənilər tərəfindən məhv edilib. İran rejimi bu məsələyə bircə dəfə də öz münasibətini bildirmədi. İran rejimi Azərbaycanın Muğan zonasında, eləcə də bir sıra bölgələrdə erməniləri və kürdləri yerləşdirir. İranın Fars-Muğam şirkəti ermənilərə verilib. Onlara kənd təsərrüfatında istifadə edilməsi üçün geniş torpaq sahələri verilib. Ermənilər İsfahandan gətirilib Muğanda yerləşdirilir. Qədim Muğan türklərdən təmizlənilir. Bu Azərbaycan-türk xalqına qarşı xəyanətdir. Əfşar bəy nə üçün bu barədə danışmırğ Onlar Güneylə Quzeyin sərhəd bölgələrindən Azərbaycan türklərini uzaqlaşdırır. Buradan əhali zorla köçürülür. İnsanlar ağır şəkildə yaralanır. Ermənilərin ana dilində təhsil almasına imkan yaradılırğ Azarbaycan dilində tədrisə isə tamamilə yasaq qoyulduğu halda, Azərbaycanda fars təmayüllü məktəblər fəaliyyət göstərir. İranda isə türk təmayüllü məktəblər demək olar ki, yoxdur. Azərbaycanda "İmdad" cəmiyyəti, mədəniyyət mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlər casusluq və təxribatla məşğul olur. Burada onlar öz qüvvələrini formalaşdırır və Azərbaycanın daxili məsələlərinə müdaxilə edir. İran şəbəkələri yaradılır. Onlar bir sıra alimləri, partiya və ziyalıları maliyyələşdirir. "İmdad" cəmiyyətinin, mədəniyyət mərkəzinin fəaliyyəti Azərbaycan dövləti tərəfindən qadağan edilməlidir. Fars rejimi həm Güneydə, həm də Quzeydə fanatizm ilə xalqın milli fikirlərini öldürür. Özünü türk sayan Əfşar adlı bir şəxsiyyət satqın, dönük və manqurt insandır. O, Azərbaycana yox, panfarsizmə xidmət göstərir və bu rejimin nökəridir. Ə.Süleymani bilməlidir ki, İranın prezidenti idrak cəhətdən səviyyəsizdir. Onlar belə fikirləşir ki, prezident ölkənin inkişafı üçün planlar qurur. Bütün bunlar yalnız farslar üçündür. Güney Azərbaycanda hər hansı ikişafdan danışmaq yersizdir. Güneyin mənəvi, iqtisadi, siyasi və s. istiqamətlərində ikişafı üçün İran rejimi tərəfindən heç bir yatırım qoyulmur. Aygün olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar