SON XƏBƏRLƏR

İranda irfani düşüncə və əqidəni təbliğ edən “Mərifətin yolu” müəssisəsinin rəhbəri edam edilib

2021.10.20, 07:36
İranda irfani düşüncə və əqidəni təbliğ edən “Mərifətin yolu” müəssisəsinin rəhbəri edam edilib

Gunaz.tv

GünAzTV: İranda irfani düşüncə və əqidəni təbliğ edən “Mərifətin yolu” müəssisəsinin rəhbəri, 64 yaşlı Kərim Zərgər edam edilib. Hadisə iki həftə əvvəl baş versə də, bu barədə məlumat yenicə yayılıb.

 

Kərim Zərgər və onunla əməkdaşlıq edən Mərcan Davərini 2016-cı ilin oktyabr ayında Tehranda ETTELAAT əməkdaşları tərəfindən həbs edilmişdilər. Tehran məhkəməsi hər iki şəxsi, 1965-ci ildə Amerikada yaradılan yeni mənəviyyat hərəkatı “Eckankar”ı təbliğ etməkdə, yalançı irfana rəvac verməkdə və yer üzündə fəsad törətməkdə günahlandıraraq edama məhkum etmişdi. Məhkəmə, sonradan müəssisədə müşavir və tərcüməçi vəzifəsində işləyən Mərcan Davəriyə çıxarılan ölüm hökmünü ləğv etsə də, Kərim Zərgərə verilən ölüm hökmü qüvvədə saxlanılmışdı.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, İran teleradio fakültəsinin keçmiş müdiri, aktyor və kinematoqrafçı Kərim Zərgərə çıxarılan ölüm hökmü, yanvarın 31-i (bəhmənin 10-u) sübh saatlarında Kərəcin Rəcayişəhr zindanında icra edilib və o, dara çəkilib.

 

                                                        Mərcan Davəri

 

Qeyd edək ki, İran İslam Respublikasının qanunlarına görə, hakim ruhanilərin ideologiyasına qarşı hər hansı bir düşüncə və əqidənin təbliği qadağan olunub. Şiə ruhanilərinin mürtəce əqidə və düşüncəsindən fərqli olaraq digər əqidələri təbliğ edənlər təzyiq və təqibə məruz qoyulur, bəzi hallarda mürtəd sayılaraq uzunmüddətli həbslərə və ya edama məhkum edilirlər.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar