İranda iş şəraitinə və əməhaqlarının verilməməsinə etiraz edən fəhlə fəal Davud Rəfiyə 74 şallaq zərbəsi vurulub.
Gunaz.tv
Əvvəllər həmkarlar ittifaqlarının etiraz aksiyalarında iştirak etdiyinə görə "Pars Xodrou" şirkətində işdən çıxarılan həmin fəhlə İranın Əmək və Əhalisinin Sosial Müdafiəsi Nazirliyinin şikayəti əsasında tutulmuşdu.
O, cinayət işi ilə bağlı Evin həbsxanasının "Şəhid Müqəddəs" məhkəməsinə çağırılıb. Orada heç bir qəti məhkəmə hökmü və əvvəlcədən xəbərdarlıq olmadan həbsxana işçiləri fəhlə fəala 74 şallaq zərbəsi vurublar.
Davud Rəfii 2012-ci ildə "Pars Xodrou"nun bir qrup işçisi ilə etiraz aksiyası keçirdiyinə görə bir neçə fəhlə ilə birlikdə işdən çıxarılmışdı. 2016-cı ilin noyabr ayının 8-də o, daha iki fəhlə ilə birlikdə öz məsələləri ətrafında müzakirə aparmaq üçün "Pars Xodrou"nun zavoduna getmiş və orda həbs olunmuşdu.
Davud Rəfii 2017-ci ildə ardıcıl olaraq əlində həmin dövr İranın Əmək və Əhalisinin Sosial Müdafiəsi naziri olan Əli Rəbiiyə qarşı şüarlar yazılmış bannerlər tutaraq, bu nazirliyin qarşısında oturaq etiraz aksiyası keçirmişdi. Həmin aksiyalar zamanı da dəfələrlə polis onu həbs etmişdi.
Ə.A