SON XƏBƏRLƏR

İranda islamdan xristianlığa keçən azərbaycanlı tutulub

2021.10.20, 07:36
İranda islamdan xristianlığa keçən azərbaycanlı tutulub

Gunaz.tv

GünAzTV: İranda islamdan imtina edərək xristianlığı qəbul edən azərbaycanlı Əli Əmini (Filip) tutulub. Hadisə iki ay əvvəl baş versə də, bu barədə xəbər yenicə yayılıb.

 

İranda xristianların hüquqlarını müdafiə edən beynəlxalq təşkilatların yaydığı xəbərə əsasən, İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbriz şöbəsinin əməkdaşları 2017-ci il, dekabrın 10-da (Azərin 19-da) Əli Əminini şəxsi mağazasında tutub naməlum istiqamətdə aparılıb. Təbrizli xristianın mağazasında və mənzilində yoxlama aparılıb, ona məxsus kompüter, dini kitablar, mobil telefonu və bir sıra digər şəxsi əşyalar götürülüb. 1 və 3 yaşlı iki uşaq atası olan Əli Əmininin hazırda Təbrizin mərkəzi zindanında çox ağır durumda saxlanıldığı bildirilir. Təbrizli xristianın konkret nədə günahlandırıldığı barədə hər hansı bir məlumat yayılmayıb.

 

Qeyd edək ki, İran İslam Respublikası qanunlarına görə, islamı tərk edərək başqa bir dinə, o cümlədən də xristianlığa keçənlər mürtəd sayıldıqlarına görə edama məhkum edilməlidir. Lakin beynəlxalq təşkilatların kəskin etirazını nəzərə alaraq rəsmi Tehran, həmin şəxsləri açıq şəkildə edam edə bilmədiyinə görə, onlara müxtəlif bəhanələrlə təzyiq göstərərək təqibə məruz qoyur, həbs edərək ağır cəzalandırır.

 

 

1979-cu ildə, İranda mürtəce şiə axundlarının hakimiyyətə gəlişindən bu yana, ölkədə onlarla kilsə rəhbəri qətlə yetirilib, xristianlığı qəbul edən minlərlə insan həbs edilərək repressiyalara məruz qoyulub. Son aylarda isə, İranda ev kilsələri şəraitində bir yerə toplaşaraq ibadətlə məşğul olan onlarla Evanjelik xristianı həbs edilib.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar